Xəbər lenti
27-11-2024, 19:25

Donald Tramp söz vermişdi ki, Suriyada “ABŞ-a qarşı özbaşınalıq” və S-400 Türkiyəy baha başa gələcək. Budur, Vaşinqton “sözə baxmayan” Türkiyəni cəzalandırdı. Konqressin qəbul etdiyi sanksiyalar nəinki Türkiyəyə, həm də Ərdoğana qarşı tətbiq olunub. Eyni gün ABŞ uzun illər təsdiq etməyə tərəddüd etdiyi “qondarma erməni genosidi” haqda qanun layihəsi qəbul etdi. Bütün bunlar nə deməkdir?
Bütün transatlantik (Avrasiya, ABŞ qarışıq) millətlər içərisində lobbiçilik fəaliyyətinə görə ermənilərlə rəqabət apara bilən tək xalq yəhidilərdir. Bu, heç kimə sirr deil və hamı bununla razılaşır.
Buna sadə misal - Dağlıq Qarabağdır. Formal olaraq heç kim tərəfindən tanınmasa da, “qondarma respublika“nın həm Avropa, həm Rusiya ilə “əməkdaşlıq” etməsi elə bu dövlətlər tərəfindən rəsmi şəkildə qınaq obyektinə çevrilmir. Daha artıq desək, Fransa və Rusiya ATƏT-in Minsk qrupunun üzvü olsa da və konfliktin həlli ilə illərdir məşğul olsalar da, məhz bu ölkələrdə erməni lobbisi güclü təsirə malikdir.
Eyni münasibətə  Abxaizyada, Cənubi Osetiyada, Donbass, Dnestryanı bölgələrdə olan qondarma respublikaların heç birində rast gəlmək olmaz. Sanksiyalar, boykot, qara siyahı, hesablara həbs qoyulması, himayədara ciddi təzyiq - bütün bunlar  “Qondarma Qarabağ respublika”sının dünyaya açılan pəncərəsi olan Ermənistana aid deyil. Rusiya və "onun himayədarlıq etdiyi bu tanınmamış" dövlətciklərə gəldikdə isə  Rusiyadan qəyyumluğu dayandırmağı tələb edirlər, amma eyni münasibəti Ermənistana göstərmirlər.
“Erməni genosidi”məsələsi ilə də vəziyyət təxminən oxşardır. Azərbaycanın keçmiş SSRİ məkanındakı olkələrə təzyiqi sayəsində region ölkələri bunu qəbul etməyə tərəddüd edirlər. Lakin, qərb dünyasında “qondarma soyqırım” Kanadadan Avstraliyaya qədər demək olar ki, hamı tərəfindən tanınıb.
Türk diplomatiyası buna bacardığı qədər müqavimət göstərir. Ankaranın rəsmi mövqeyi bundan ibarətdir ki, bu hadisələr Osmanlı vaxtında məqsədyönlü şəkildə törədilməyib, maksimum 30 minə qədər insanın həyatını itirdiyi hadisələr xronikasıdır.
Amma Türkiyədən fərqli olaraq nə ciddi iqtisadiyyatı, nə güclü ordusu, nə təbii sərvətləri, nə də dənizə çıxışı olmayan Ermənistan hətta Almaniyanı da öz tərəfinə çəkə bildi. "Hətta", ona görə deyirik ki, Almaniyada  güclü Türk diasporası var, bu diaspora ilə heç kim mübahisəyə girib “türklərin ermənilərə genosidi”barədə mübahisə etmək, başını ağrıtmaq istəmir və Berlinə bu cür incə məsələlərlə təzyiq etmək çətindir. Məsələn, Berlin "müttəfiq"kimi görünən Kiyevin göstərdiyi səylərə baxmayaraq “Qolodomor”Ukrayna xalqının soyqırımı kimi tanınmadı. Almaniya türklərin ox, ermənilərin tərəfini tutdu.
Beləliklə çoxsaylı nüfuzlu ermənipərəst fəalın inadlı fəaliyyəti nəticəsində  soyqırımın tanınması prosesi demək olar ki, tamamlandı.  Konqresin on illər boyu edə bilmədiyi şeyi ermənilər ABŞ-ın 50 ştatından 49-da çoxdan etmişdi. Hətta gülünc bir vəziyyət alınmışdı: president Obama sorqırımın onun vaxtında tanınmamasına təəssüflənmişdi, əslində hamı bu prosesin dəstəklənnməsinə tərəf idi ,amma “nə isə bir şey” buna mane oldu və prosesin qarşısı alınırdı.
Bu "bir şey", ABŞ-ın NATO-nun ikinci ən böyük ordusu və Yaxın Şərqdəki Şimali Atlantika Alyansının dayaq nöqtəsi olan Türkiyə ilə əməkdaşlığa verdiyi əhəmiyyət idi. Həm ermənilərə rəğbət bəsləyən Obama, həm də türklərin hisslərinə laqeyd yanaşan Trump, mövzu ilə bağlı bəyanatlarında  erməni xalqının faciəsindən danışdı, amma "soyqırım" sözünü işlətmədi.
Çərşənbə axşamı günü 223 konqresmen müvafiq qətnaməni dəstəklədi. Bu, Senat və Prezident tərəfindən təsdiqi tələb etmir, amma eyni qətnamə artıq Senata da təqdim edilib və Trump-ın hansısa  formada soyqırımı tanıma prosesinin qarşısını almaq istəyəcəyini demək çətindir.
Bu, sözsüz ki, Ermənistan və ermənilərin diplomatik qələbəsidir. Hər iki partiyadan olan konqresmenlərin səs verməsi  göz yaşları ilə müşayiət olunsa da, baş verənlərin Ankaranın Suriya kürdlərinə (PKK) qarşı apardığı müharibə və S- 400 üzündən “alınan  qisas”olduğu aydındır.

Kapitoli Təpəsində soyqırımdan bəhs edərkən, təbii ki, “kürd məsələsi və S-400” xatırlanmadı. Lakin həmən sonra  Konqres Türkiyəyə qarşı sanksiyaları təsdiqlədi  və aydın oldu ki, bu həngaməyə rəsmi olaraq “Suriyadakı əməliyyatı və S-400” səbəb olub. 
İndi bu əməliyyat üçün "silah tədarükü ilə məşğul olan şəxslərin" aktivləri dondurulacaq və eyni tədbir  Türkiyə Müdafiə nazirliyinə və Halkbank - dövlət bankına zərbə vurmağa imkan verəcək.
Paralel olaraq konqresmenlər ABŞ hökumət orqanlarına Ərdoğanın və ailəsinin aktivləri və gəlirləri haqqında məlumatları aydınlaşdırmağı tapşırdı.
Etiraf etmək lazımdır ki, erməni soyqırımı məsələsini Amerikada birdəfəlik qapatmaq vaxtı son dərəcə uğurlu seçildi və artıq onu kimin - erməni lobbisinin və ya Ağ Evin, seçdiyi vacib deyil.
Vacıb olan odur ki, Trumpın bu köhnə məsələni elə həll etsin ki, münasibətlərə mümkün qədər az ziyan dəysin.Əvvəlki prezidentlər bura qədər gəlmişdilər, amma əsas addımı atmamışdılar.
Hal-hazırda, “erməni soyqırımı”nın tanınması ABŞ- Türkiyə münasibətlərini poza bilməz, çünki bunun sadəcə yeri yoxdur - ya müharibə başlamalıdır, ya da qaldığı yerdən davam edilməlidir
İndi amerikalılar sadəcə bu “faciəyə” bir az kədərlənirlər: sanksiyalar Türkiyə üçün yüz il əvvəl baş verən hadisələrdən daha vacib problemdir. Trump bu sanksiyaların qəbul olunmayacağına söz vermişdisə də qarşısını almağı  bacarmadı, çünki o, artıq türkləri cəzalandırmağı vəd etmişdi və növbəti seçkilərdə “zəif və boş yer” kimi görünmək istəmədi. İŞİD lideri Bağdadinin də dəfələrlə tiajlanan qətlini və Türkiyəyə cəza kimi nəzərdə tutulmuş “erməni genosidi tanınmasını”, sanksiyaları da məhz ikinci müddətə seçilmək üçün reallaşdırdı. Lakin Ermənistan və ermənilər bu "paket" “göydəndüşmə” oldu.
Bildirək ki, türk cəmiyyətinin bütün təbəqələri eyni dərəcədə vətənpərvərdir və bu davranışı nə ermənilərə, nə amerikalılara bağışlamayacqlar. Çərşənbə günü baş verənlər türklər tərəfindən öz milli maraqlarının, sərhədlərinin təhlükəsizliyini qorumağa görə, müstəqil xarici siyasətin yeridilməsinə görə verilən cəza kimi qəbul edəcəklər və Türk dövlətinin ətrafında daha sıx birləşəcəklər.




Ana səhifəyə qayıt        Baxış: 3 005          Tarix: 31-10-2019, 16:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma