Xəbər lenti


Koronavirus 2008-2009-cu il iqtisadi böhranı ilə müqayisədə məşğulluğa dörd dəfə daha ağır zərbə vurub.
Bu barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) hesabatında bildirilir.

Hesabata əsasən, 2020-ci ildə pandemiya səbəbindən dünya üzrə iş vaxtının 8.8 faizi ixtisar olunub ki, bu da 225 milyon iş yerinə bərabərdir.
Ekspertlər iş yerlərinin daha çox qapanma səbəbi ilə itirildiyini qeyd edirlər. Belə ki, 81 milyon insan məhz lokdaun şəraitində işsiz yox, fəaliyyətsiz qalıb. Nəticədə əmək qabiliyyətli dünya əhalisinin gəlirləri 8.3 faiz, yəni 3.7 trilyon ABŞ dolları azalıb ki, bu da qlobal ÜDM həcminin 4.4 faizinə bərabərdir.

Əmək bazarındakı problemlər qadınlara daha çox təsir edib. Belə ki, qadınlar arasında məşğulluq 5 faiz, kişilər arasında isə 3.9 faiz azalıb.
Yaş bölgüsünə gəlincə, pandemiya dövründə ən çox iş itirən 8.7 faiz göstərici ilə 15-24 yaş arası gənclər olub.
Məşğulluğun azalması rekordu isə 20 faiz olmaqla, qida və yerləşdirmə xidmətləri sahəsində qeydə alınıb.  

azpolitika.info



Ana səhifəyə qayıt        Baxış: 2 529          Tarix: 26-01-2021, 18:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma