Xəbər lenti

    


Cəmşid Dərələyəzli
 
    Son iki yüz ildə ilk dəfə  ölkə başçısı, Ali Baş Komandanın əzmi, qətiyyəti  və rəhbərliyi ilə  Şanlı  Azərbaycan Ordusu Qardaş Türküyənin də mənəvi dəstəyi ilə nəhayət bir neçə yüz illərdir bizdən qoparılmış torpaqların Qarabağda işğalda olan hissəsini qurtarıb   xalqımızın  mübarizlik əzmini və özünəgüvəni geri qaytarmış oldu. 
    
Bəli, artıq biz böyük bir qayıdışın astanasındayıq. Bu qayıdış üçün isə, ölkə Başçısı demişkən hələ  görüləsi çox işlərimiz var:
 
  • Birincisi, illərdir işğalda olmuş ərazilərin minalardan təmizlənməsi;
 
  • İkincisi,  erməni vandalizmin vurduğu yaraları sağaltmaq üçün quruculuq işlərinə başlanılması;
  • Üçüncüsü, böyük bir elin, məcburi köçkünlərin o torpaqlara qaytarılmasının təmin olunması; 
 
  • Sonda isə sahədə əldə olunan qələbəni masada da reallaşdırıb, böyük sülh sazişinə nail olmaq. Təbii ki, bu da zaman alacaq.
   
Qaldı  bütün bu işlərin yerinə yetirilməsinə, təbii ki,  xalq olaraq bu yolda  bizlərin də üzərinə çox böyük məsuliyyət və bu yöndə dövlətlə bütün alanlarda  bir olmaq  düşür. Eynilə, 44 günlük Vətən Müharibəsində olduğu kimi. Yəni belə bir   həssas  dönəmdə Dövlətin Qarabağla bağlı yürütdüyü  siyasətdə yanında olmaq, düşmənin və onun havadarlarının əlinə   bəhanə verməmək üçün, atacağımız hər bir addımda və danışacağımız hər bir söz də (xüsusən də mətbuatda)   ehtiyatlı  olmağımızda fayda var. Xüsusən də Qarabağ məsələsində  mənşəyi bəlli olmayan xəbərlərə inanmamaq, yaymamaq və gələcək sülhə xələl gətirməmək üçün, sülhə qədər  hər qonuda ehtiyatlı davranmaq. Unutma ki, düşmənin başı nə qədər əzilsə də düşmən məkirlidir, xəyanətkardır və faşist xisıətlidir. Bu nədəndir ki, Tarixən erməniləri əzən nə qədər ünlü Sərkərdələr olubsa, onlar ömürlərinin sonlarında bu milləti tamamilə yox etməmələrinin peşmançılığını çəkiblər. 
    
Bilirik ki, bu gün işğaldan azad edilmiş torpaqlara qayıdışın mərkəzində, ilk   növbədə Qarabağdan çıxarılmış   məcburi köçgünlər durur. Odur ki, bununla bağlı Dövlət Başçısının yaratdığı yeni qurumlar və yerli icra strukturları görüləçək işlərlə paralel, bütün güclərini səfərbər edib  İşğaldan öncə dağlı-aranlı Qarabağdan çıxarılmış insanların və onların sonrakı artımını bütün ərazi vahidləri üzrə dəqiqləşdirib, böyük köçün planını  hazırlamalıdırlar.
 
Qaldı məcburi köçkünlərdən başqa, könüllü olaraq digər vətəndaşlarımızın, xüsusən də 1988-89-cu illərdə Qərbi Azərbaycandan (indiki Ermənistandan) qaçqın düşmüş soydaşlarımızın Qarabağda  boş qalan ərazilərdə məskunlaşmaq istəklərinə, bəli, bu da başadüşüləndir.   Lakin, sanıram indiki ərəfədə ( ta imzalanacaq sülh sazişinə kimi), təkirar edirəm indiki mərhələdə  bunu açıqca qabartmaq  yanlışdır və   Ermənistanla Azərbaycan arasında sülhə gedən   yolda (day nədənini incəliyinə qədər açıqlamıram) hətta bir sapdırmadır. Çünki, gələcəkdə imzalanacaq bu saziş həssas bir dönəmdən keçir və hər vəhclə bu sazişin imzalanmasını əngəlləmək istəyən və yaxud  məsələnin məcarasını yenə də başqa istiqamətə yönləndirmək istəyən xarici qüvvələr artıq dövriyyə giriblər belə. Düzdür, artıq geri dönüş yox. Amma biz bu gedişi də sonlandırmalıyıq axı.
    


Bəli, 1988-89-cu illərdə tarixən bizim olan indiki “Ermənistan”dan çıxarılmış Türklərin Dağlıq Qarabağda yerləşdirilməsinə o zaman imkan verilmədi. Bu məhz o zaman olmalı idi. Bu həm də o zaman Dağlıq Qarabağın qeyd olunan yaşayış məntəqələrinin daimi vətəndaşları olan Türklərin də orada qalıcılığını təminatı olacaqdı. Onda isə,  nə bu münaqişə olacaqdı, nə də məsələ bu səviyyədə beynəlmiləlləşməyəcəkdi. Yenə də deyirəm təssüf ki,  o zaman Azərbaycanda  dövlət və hökümətin başında duranların mankurtluğu, qətiyyətsizliyi  və uzaqgörməməzliyi buna imkan vermədi. Artıq   o vaxtdan 33 il keçir. İndi isə zaman da və yaranmış mövcud vəziyyətə görə yürüdülən siyasət də başqa şey diktə edir. Buna rəğmən də qaçqınlar keçmişdə  edilən cəhdləri məhz indi təkirarlamamalıdırlar. Yəni biz son 30 ildə olduğu kimi, yenə də qaçqınların başda  Dərələyəzə, Zəngəzura, Göyçəyə və  “Ermənistan”da qalan 1300-dən çox digər yaşayış məntəqələrinə dönmələri mücadiləsini verməli və gələcəkdə Ermənistanla Azərbaycan arasında bağlanacaq böyük sülh sazişinə özümüzü hazırlamalıyıq. Yəni bizim verəcəyimiz qərarın tarixini, məhz həmin sazişin imzalandığı gün bədirləyəcək. Ona görə də indiki halda tələsməməkdə fayda var, özü də hər tərəfli.  



 Səlimin gədiyi (Göyçə Dərələyəz aşırımı)
     
Təkirar edirəm, o saziş  Qərbi Azərbaycanlılar  üçün də bir açar olacaq. Bir məsəl var, deyir çaya çatmadan çırmanmaq ayaqları kol-kosda qanatmaqdan başqa bir şey deyildir. 
     
Bütün bunlardan dolayı da, yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycanın digər bölgələrindən olan soydaşlarımızı demirəm, Qərbi Azərbaycanlıların indiki   halda Qarabağa dönüşü ilə bağlı bəzi soydaşlarımızın  siyahıyaalma  aparması   və fərqinə varılmadan bunu müxtəlif səviyyələrdə kütləvi informasiya vasitələrində  söyləmələri hələlik yanlışdır və yolverilməzdir.  Bu indiki halda, qeyd etdiyimiz kimi  bir başa ermənilərin və onların havadarlarının əllərinə bəhanə verməkdən başqa bir şey deyildir. Bu həm də Ölkə Başçısının bu yöndə yürütmüş olduğu siyasətə və bu yöndə göstətmiş olduğu çabalara da dolayısı ilə kölgə düşürür.   
 
Ona görə də düşünürəm ki, bu yöndəki təbliğat və siyahıyaalma dayandırılmalı və yalnızca son 33 ildə olduğu kimi Qərbi Azərbaycana (indiki Ermənistana) qayıdışla bağlı işlər yürüdülməlidir. Bir sözlə Qərbi Azərbaycanlıların  qayıdışı gələcəkdə ikinci böyük qayıdış olaraq, öz dədə-baba yurdlarına başladılmalıdır. 
   
Onun da  şahidiyik ki, Ölkə Başçısı son iki ildə özünün  rəsmi çıxışlarında  Qərbi Azərbaycanın, Zəngəzur, Dərələyəz, Göyçə ilə bağlı da   fikirlərini  daha çox dilə gətirir. Və bir də “nəyin nə zaman həll olunacağını da yaxşı bilirəm” deyir. Bizlər isə onun 44 günlük Vətən Müharibəsində ardıcıl olaraq rayonların işğaldan azad  olunması müjdəsi ilə bağlı xalqa müraciətində bütün bunların əyani şəkildə  şahidi olduq. Məhz bu səbəbdən də inanmaq istərdik ki, gələcəkdə bağlanılacaq böyük sülh sazişində hər iki xalqın birgə yaşayış məsələsində (çünki istəməsək də hələlik biz buna məhkumuq) bu nüans da nəzərə alınacaqdır. 
     
Bu baxımdan da lütfən, bilərəkdən və ya bilməyərəkdən  Qarbi Azərbaycana qayıtmaq hədəfindən yayınmayaq. Əks halda bunu bizə nə tarix, nə də o torpaqlarda olan əcdadlarımızın ruhları   bağışlayacaq. Onu da unutmayaq ki,   daş onu qopduğu yerdən başqa yerə yapışdırsan da durmaz. Yenə düşüb yuvarlanacaq. 
 
Bəli, məhz  bizlər o daş olduq. 33 ildir yuvarlanırıq. Ailə var ki, beş- yeddi dəfə yer dəyişib. Hələ də dəyişir. Neçə ki, öz  yurdumuza oturmamışıq, bu belə də davam edəcəkdir. Lap dünyanın harasına köçsək də və qızıldan imarətimiz olsa da belə. Bunu biz demirik, bunu  tarix deyir. Bunu qürbətdə dünyasını dəyişən əcdadlarımızın nakam ruhları deyir. Bunu son 33 ildə vətəndən uzaqda ayaqda qalan biz nəsilin vətən həsrəti ilə çəkdiyimiz əzablar, nisgilimiz deyir. Bunu, bəlkə də iki yüz il öncə Qarabağdan  Əfqanıstana köçürülmüş və orada  da Qarabağ Qəryəsi salmış soydaşlarımızın əcdadları, “işdir ara açılsa bizim sümüklərimizi çıxarıb aparın Qarabağda cıdır düzündə basdırın” deyənlər deyir. Bunu, bir ömürdə 3 dəfə erməni vəhşiliyindən qaçqın düşüb, İrana, Türküyəyə, Gəncəyə pənah aparıb,  sonradan    bütün  təhlükələrə rəğmən, külfəti  ilə  çiynində   bir nimdaş yorğanla  dağlarla payi-piyada öz yurduna qayıdıb, sönmüş ocağına köz salan  əcdadlarımızın ruhları deyir.   
 
 
Cermuk
 
   
     Amma bütün hallarda qoy bilsin   düşmanlarımız, bilsin bütün dünya ki, biz Türklər o torpaqlara da  - Zəngəzura, Dərələyəzə, Göyçəyə və digər boş qalmış yurdlarımıza də qayıdacağıq! Çünki, zaman Türkün zamanı! Əsr Türkün əsridir!
 
 


Ana səhifəyə qayıt        Baxış: 4 225          Tarix: 14-02-2021, 20:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma