Xəbər lenti
Bu gün, 14:35
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
“Ukrayna Donbassda aktiv hücuma başlamaq üçün kifayət qədər resurslara malikdir. Türk PUA-larına, hücum dronlarına və kamikaze pilotsuz təyyarələrinə sahib olan Kiyev Donbassda Qarabağ ssenarisini təkrarlamaq istəyir”.
Ovqat.com xəbər verir ki, bunu Donetskli yazar və “Vostok” briqadasının keçmiş döyüşçüsü Vladlen Tatarski söyləyib.
Yazarın sözlərinə görə, Kiyev İsrail və Türkiyədən aldığı hərbi avadanlıqlardan istifadə etmək üçün uyğun hava şəraitinin yaranmasını gözləyir.
O, Ukraynanın hərbi qüdrət sarıdan Donetsk və Luqansk “respublika”larını təxminən 3-4 dəfə üstələdiyini bildirib: “Daha çox top, daha çox raket sistemi, daha yeni texnologiya, daha çox Amerika radarına sahibdir. Buna görə də istənilən yerə qədər irəliyə bilər”.
Yazar hesab edir ki, gözlənilən qarşıdurma ilk baxışdan tanınmamış LPR və DPR ilə əlaqədardır: “Əslində isə çox güman ki, Ukraynadan minlərlə kilometr uzaqda olan ölkələrlə gərginləşən münasibətləri ört-basdır etməyə hesablanıb”.
Müəllif minlərlə km uzaqdakı ölkə deyərlən Çini nəzərdə tutur, Ukraynanın hərbi əməliyyatlara hazırlaşmasının başlıca səbəbini Kiyevlə Pekin arasında yaranmış “Motor Sich” qalmaqalda görür.
“Çin 2016-cı ildən bəri Ukraynanın “Motor Sich” müdafiə şirkətini satın almaq üçün hər şeyi edib. Bir neçə ildir ki, bu müəssisə uğrunda Qərblə Çin arasında mübarizə gedirdi. Çinlilərin müəssisənin səhmlərinin yarısını, daha sonra isə demək olar ki, 75% -ni satın aldığı ortaya çıxdı. ABŞ isə bu alış-verişi bəyənmədi. Çünki Çinin Ukraynadakı təsir gücünü və bu şirkətin alınmasını özü üçün təhlükə kimi alqılayır. Çin isə yırtıcı bir ölkədir. Məlumdur ki, Çinin müasir hərbi "nailiyyətləri"nin əhəmiyyətli hissəsini Ukraynadan ucuz qiymətə satın alınan Sovet məhsulları təşkil edir.
Amma amerikalılar Ukrayna rəsmilərinə o qədər fəal şəkildə təzyiq göstərdilər ki, Kiyev şirkəti satmaq barədə fikrini dəyişdi. Müqavilənin mədəni şəkildə ləğvi onu aldığı pulları geri qaytarmaq zərurəti qarşısında qoyur”.
Donbasslı yazarın fikrincə, Ukraynanı müharibəyə vadar edən də elə bu zərurətdir. Guya, Ukrayna ABŞ-ın tələblərini yerinə yetirmək və Pekinə borcunu ertələmək üçün müxtəlif ssenarilərə əl atır. Bunlardan biri “Motor Sich”-in satılması qarşısında hüquqi əngəllər yaratmaq, digəri isə işğal altındakı torpaqlarda xilasetmə əməliyyatları keçirməkdir.
“Baş verənləri qanuniləşdirmək və strateji satınalmaya milyardlarla dollar sərmayə qoyan çinlilərə vəziyyəti “izah etmək” üçün “xəyanət” ittihamı ilə cinayət işi açıldı, prosesə Ukrayna Təhlükəsizlik Xidməti və Antiinhisar Komitəsi də qoşuldu.
Çin isə öz növbəsində 3,5 milyard dollarlıq təzminat almaq üçün bir arbitraj məhkəməsində iddia qaldırdı. Qələbə qazanacağı təqdirdə də "ödəmələrin" illərlə uzanacağı açıqdır. Ukraynanın isə borcunu ödəməyə vəsaiti yoxdur.
Ukrayna Prezidenti Volodymyr Zelenski bu yaxınlarda müəssisəni ümumiyyətlə milliləşdirdi. İndi isə xalqın milyardlarla dollar Çin vəsaitini ələ keçirmək məqsədi güdən hərbi və maliyyə fırıldaqçılığından qəzəbinin qarşısını almaq üçün Kiyev Donbassda yeni müharibəyə start verməyə hazırlaşır”, - Vladlen Tatarski belə düşünür.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar