Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
Bir neçə gün əvvəl Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun erməni həmkarı Arşak Karapetyanı hüzuruna çağırması, keçirdikləri görüşdə Ermənistan ordusunun modernləşdirilməsinə və yeni silahlarla təchiz edilməsinə söz verməsi Azərbaycanda narahatlıq yaratmışdı. Nədən ki, Azərbaycan-Ermənistan müharibəsində barışdırıcı tərəf, vasitəçi kimi çıxış edən bir ölkənin münaqişə subyektlərindən birini silahlandırması və döyüş qabiliyyətini artırması, əlbəttə, heç bir məntiqə sığmır və rəsmi Bakıya Moskvanın vasitəçiliyindən imtina etmək üçün kifayət qədər əsas verir. Yəqin ki, sözünün “mustafası”nı axırda demək taktikasına üstünlük verən Azərbaycan hökuməti də bir gün bu faktı Kremlin üzünə çırpacaq.
Maraqlıdır ki, Ermənistanın Rusiyadan dəstək alaraq öz ordusunu yenidən qurması və modernləşdirməsi ideyası təkcə bizdə yox, İrəvanda da birmənalı qarşılanmayıb. Bir çox erməni ziyalıları Paşinyan hakimiyyətinin Rusiyaya meyllənməsini satqınlıq və ölkəni növbəti hərbi məğlubiyyətə aparmaq cəhdi kimi qiymətləndirirlər.
Ovqat.com-un məlumatına görə, “ArmenianReport”un müəllifi Tevos Arşakyanın “Paşinyan Ermənistanın təhlükəsizliyinin idarə edilməsi rıçaqlarını Rusiyaya təhvil verdı” sərlövhəli yazısı da bu narahatlıqdan xəbər verir.
Məqalənin tərcüməsini olduğu kimi təqdim edirik:
Rusiyanın özü bərbad vəziyyətdədırsa, Rusiya bizim ordumuzu necə modernləşdirəcək?
Nikol Paşinyan ozamankı hakimiyyətə qarşı müxalifətdə olduğu illərdə İrəvanın yalnız Rusiyaya istiqamətlənmiş xarici siyasət kursunu tez-tez tənqid edirdi. O, Ermənistanın Aİİ-yə və KTMT-yə üzvlüyünün qızğın əleyhdarı idi və hakimiyyətə gələcəyi təqdirdə, hər şeyi dəyişdirəcəyinə söz verirdi.
Müxalifətçi Paşinyan böyük ölçüdə haqlı idi. Və 2020-ci ilin payızında son müharibə onun haqlı olduğunu bir daha təsdiqlədi. Azərbaycan Türkiyə, Pakistan və İsrail kimi ölkələrin ən yaxşı hərbi təcrübəsini götürdüyü halda, bizim Silahlı Qüvvələrimiz sovet-Rusiya sistemini kor-koranə surətdə kopyalamaqda davam edirdi. Bundan başqa, könüllü olaraq rusların əlinə öz səmalarımızın və hərbi birləşmələrimizin müdafiəsini vermişdik. Ruslar bizi müdafiə etdimi? Sual ritorikdir. Azərbaycan Türkiyədən, İsraildən, Belorusdan ən müasir silahlar aldığı halda, bizim hakimiyyət orqanları çox vaxt Rusiyadan kreditlə metal qırıntıları alırdılar. Hərbçilərimiz Qarabağdan (Mətində “Arsax” olaraq keçir) geri çəkilərək həmin qırıntıları məhv etmək əvəzinə, qənimət kimi azərbaycanlılara bağışladılar. Amma biz deyəsən, hələ çox bədəllər ödəyəcəyik. Çünki Rusiyaya kor-koranə bağlanmışıq.
Rusiya ilə sıx hərbi-texniki əməkdaşlığı və xarici siyasətdə Moskvaya kor-koranə yanaşmanı tənqid edən Paşinyan hakimiyyətə gələndən sonra hər şeyi unutmuş təsiri bağışlayır. 2020-ci ilin payızındakı acı təcrübə, belə görünür ki, bizim hakimiyyətimizə heç nə öyrətməyib. Hakimiyyət Rusiya qarşısında quyruq bulaya-bulaya, Ermənistanın təhlükəsizliyini ona etibar edir. Fikirləşirsiniz ki, mən məsələni böyüdürəm? Qətiyyən! Belə olmasaydı, Müdafiə nazirimiz general Karapetyan ilk xarici səfərini nə üçün məhz Moskvaya etdi? Üstəlik, orada razılaşıb ki, Rusiya Ermənistana Silahlı Qüvvələrin modernləşdirilməsində və islahatında bizə "kömək" edəcək. Amma mən bunu Karapetyanın şəxsi təşəbbüsü saymazdım-o, bu sahədə çox ehtiyatlıdır və çətin ki, Paşinyanın icazəsi olmadan bu addımı atıb.
Uşaqlar, üzr istəyirəm, acınacaqlı vəziyyətdə olan Rusiya niyə öz ordusunu modernləşdirir? Məntiqlə hələ də sovet hərbi taktikalarından istifadə edən Rusiya ilk növbədə öz ordusunu modernləşdirməli idi. Bu sərxoş dövlət bizim hərbçilərimizə nə öyrədəcək? Azərbaycanlılar türklərdən və yəhudilərdən öyrənirlər, biz isə hələ də ruslardan. Məgər Paşinyan ötən ilin payızındaki məğlubiyyət nəticəsində başa düşmədi ki, Silahlı Qüvvələrin Rusiya modeli əsasında qurulması ordumuzu çoxdan və ümidsiz dərəcədə köhnəldib?
Şoyqu Karapetyanla görüşdə bildirib ki, Rusiya Ermənistan ordusunun yenidən silahlanması prosesinə başlayacaq. Bağışlayın, amma nə ilə? Rusiya hərbi sənaye kompleksi sanksiyalar və beyin axını səbəbindən yola çıxıb. Suriyada və Ukraynanın şərqində sıxışan rus ordusunun özündə belə, son silahlar yoxdur. Bu vəziyyətdə olan Rusiya Ermənistan ordusunu necə yenidən təchiz edəcək? Anqarlarında yığılmış metal qırıntıları ilə? Və bunlara görə biz hələ ona pul da ödəməliyik?
Nəyə görə, məsələn, azərbaycanlılar İsraildən 2 milyardlıq müasir silah almaq niyyətindədirlər?! Məgər İsrail və Türkiyə silahlarının bizdəki Rusiya silahlarından üstün olduğunu görmürlərmi? Niyə biz eyni dırmığın üstünə yenidən basmalıyıq? Gözlərinizi rus ordusundan daha inkişaf etmiş bir silahlı qüvvələrə və daha yaxşı silahlara sahib olan Fransaya yönəltmək daha yaxşı olmazdımı? Üstəlik, Paris Ermənistana kömək etməyin əleyhinə deyil. Ancaq yox, biz yenə eyni döngə ətrafında fırlanırıq. Amma bu da hamısı deyil. Paşinyan Ermənistan sərhədlərinin qorunmasının tam təminatını da Rusiyaya təklif edir. Niyə bütün yumurtalarınızı bir səbətə yığırıq və ruslara ölkəmizin təhlükəsizliyinə nəzarət etməyi həvalə edir, ordunun yenidən silahlanmasında, təlimində və sərhəd mühafizəsində ona səlahiyyət payı veririk? Bunun səhv olduğunu biz başa düşürüksə də, Paşinyan və onun məsləhətçilərinin anlamaması mümkün deyil. Amma nə edirlər?
Doğrudanmı, Kremlin əlində Nikol Vovaeviçlə bağlı o qədər güclü kompromatlar var ki, onu qısa müddətə özünə bağlaya bilib və bununla da Ermənistanı köləyə çevirmək prosesini davam etdirir? Belə görünür. Şəxsən mənim Ermənistanda və onun ətrafında gedən proseslərlə bağlı başqa heç bir izahım yoxdur.
Tərcimə: Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar