Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
Ermənistanın media orqanı “Armenianreport”un “Erməni generalları - Rusiyanın 5-ci kolon kimi” başlıqlı yazısında ən çox diqqətimi cəlb edən bir məsələ oldu. Müəllifin bildirdiyinə görə, Rusiyanın bu ölkədəki “5-ci kolon”unun əsas rəhbərlərindən olan Artak Davtyan koronavirus karantini dövründə övladına toy edir. Eynilə bizim Ramiz Mehdiyev kimi. Maraqlıdır ki, bizim Ramiz Mehdiyevdən fərqli olaraq Davtyan bu özbaşınalığına görə vəzifəsindən qovulur. Təbii ki, Paşinyan tərəfindən. Amma üzərindən az müddət keçməmiş Paşinyan Rusiyanın təzyiqi ilə onu yenidən öz vəzifəsinə - Silahlı Qüvvələrin Baş Qərargah rəisi postuna qaytarır.
Mənim üçün anlaşılmaz olan isə başqa məqamdır: niyə görəsən, həm Azərbaycanın, həm də Ermənistanın 5-ci kolonunun rəhbərləri özlərinin Moskvaya sədaqətlərini karantin rejimini pozmaqla nümayiş etdirmək istəyiblər? Ümidvaram ki, bu suala əlaqədar qurumlar cavab axtaracaqlar, yəqin axtarıb da. Bəlkə də bu sirrin qorunma müddəti bitdikdən sonra biz də onun hikmətinə vaqif ola biləcəyik.
Digər bir məqam: Niyə Ermənistanda “5-ci kolon”un əsas rəhbəri hərbçilər arasından seçilir, bizimki mahiyyəti 5 qəpiyə dəyməyən elm sahəsindən? Zənnimcə, bu suala aşağıda oxuyacağınız yazı qismən aydınlıq gətirib.
Bunlar öz yerində. Hesab edirəm ki, Ramiz Mehdiyevin niyə indiyədək vəzifəsində uzaqlaşdırılmadığına kifayət qədər aydınlıq gətirən bir detalı da biz sizin qulağınıza pıçıldadıq. Bizim “5-ci kolon”u onun erməni paraleli ilə daha hansı özəlliklər birləşdirir, bunu müəyyənləşdirməyi Sizin öhdənizə buraxır və bunun üçün də yazının tərcüməsinin önəmli hesab etdiyimiz hissələrini diqqətinizə çatdırırıq.
Rusiyanın Ermənistandakı 5-ci kolonu
İstər SSRİ dövründə, istərsə də sonra Moskvanın erməni jurnalistlərini, ziyalılarını, siyasətçi və ekspertlərini işə götürməsi faktı ilə mübahisə etmək çətin olar. Ancaq bəllidir ki, o vaxt da, indi də ən çox diqqət erməni zabitlərinin yetişdirilməsinə verilir. Bu gün tam məsuliyyətlə deyə bilərik ki, Ermənistan Silahlı Qüvvələrində Moskvanın geniş təsir imkanına malik agentura şəbəkəsi fəaliyyət göstərir. Üstəlik, onlar Ermənistan ordusunun demək olar ki, bütün elitasını əhatə edirlər. Mənə inanmırsınız? Yaxşı, ən son nümunələri verək.
General-mayor Kamo Vardanyan bu yaxınlarda “Artsax Müdafiə Ordusu”nun yeni komandanı təyin edildi. Tərcümeyi -halındakı bir detal diqqəti cəlb edir: 2006 -cı ildə Rusiya Silahlı Qüvvələrinin Birləşdirilmiş Silahlar Akademiyasını, 2019 -cu ildə isə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib.
Başqa bir misal. General-mayor Kamo Koçunts: Bu yaxınlarda Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini təyin edildi. Və yenə də generalın tərcümeyi-halındakı eyni vacib detal: Koçunts 2001 -ci ildə Rusiya Federasiyası Baş Qərargahının Hərbi Akademiyasını bitirib. Bura əlavə etsək ki, həm müdafiə naziri Arşak Karapetyan, həm də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan SSRİ -nin dağılmasından uzun illər sonra Rusiya Hərbi Akademiyasını bitirib, mənzərə olduqca kədərlidir - Ermənistan Silahlı Qüvvələrinin bütün rəhbərliyi Rusiyanın beşinci kolonudur. Axı GRU, FSB və SVR-in (Daxili Kəşfiyyat Xidməti) Rusiyada hərbi təhsil alan keçmiş SSRİ respublikalarından olan kadrlarla necə "diqqətlə" işlədiyini hamı bilir. El dili ilə desək, “verbovat” edib Moskvanın agenti olaraq respublikalara göndərirlər. Buna görə də Rusiya tərəfi onları karyera pillələrində aktiv şəkildə irəli çəkir, milli respublikaların səlahiyyətlilərinin hücumlarından qoruyur. Yeri gəlmişkən, yalnız bu arqument sözün əsl mənasında itib-batmazlığı ilə ad qazanan Arşak Karapetyanın və Sarkisyanla Paşinyan (ikinciyə ümumiyyətlə məhəl qoymurdu) tərəfindən mütləq məhkəməyə verilməsi istənən Artak Davtyanın taleyindəki eniş-yoxuşları izah edə bilər. Baş nazir, karantin müddətində möhtəşəm toy etdiyi üçün əvvəlcə işdən rüsvaycasına qovduğu Baş Qərargah rəisini sonra istəksiz və Moskvanın təzyiqi ilə vəzifəsinə qaytardı.
Əlbəttə ki, ruslar Kremlin istədiyi hər şeyi həyata keçirməyə hazır olan məhdud, prinsipsiz insanları əməkdaşlığa cəlb edirlər. Bəs Kremlin bu taktikasından Ermənistan hakimiyyətinin xəbəri yoxdurmu? Əlbəttə var. Ancaq yenə də hərbçilərimizi Rusiyadakı hərbi universitetlərdə və akademiyalarda oxumağa göndərirlər, onlar da Kremlin kuklalarına çevrilib Ermənistanda Rusiyanın siyasətinə dirijorluq edirlər. Xüsusilə, bu il İrəvan və Moskva hakimiyyəti Rusiya hərbi universitetlərinin respublikamızdan daha çox kursant qəbul edəcəyi barədə razılığa gəliblər. Paşinyanın ətrafı nəinki daxili hərbi təhsilin inkişafı, Silahlı Qüvvələrin sırasına Qərb mütəxəssislərinin cəlb edilməsi barədə düşünmür, həm də çoxdan köhnəlmiş Rusiya hərbi düşüncəsi ilə Ermənistan ordusunu yoluxdurmağa və Rusiyanın "beşinci kolon"unun sayını artırmağa davam edir. Və buna görə də Ermənistan Silahlı Qüvvələrinin Moskva yönümlü belə bir zabit korpusu ilə son müharibəni rüsvayçılıqla uduzmağımız təəccüblü deyil.
Tərcümə etdi: “Ovqat”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar