Xəbər lenti
Dünən, 23:00
Dünən, 21:00
Dünən, 19:55
Dünən, 18:19
Dünən, 17:49
Dünən, 15:26
Dünən, 12:00
Dünən, 09:55
Dünən, 09:09
6-10-2024, 23:26
6-10-2024, 22:29
6-10-2024, 21:53
6-10-2024, 20:43
6-10-2024, 19:36
6-10-2024, 18:27
6-10-2024, 17:55
6-10-2024, 16:56
6-10-2024, 15:58
6-10-2024, 14:29
Artak Davtyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi təyin edilib.
Ovqat.com xəbər verir ki, 22 martda ölkənin Baş naziri Nikol Paşinyanın saytında yerləşdirilən məlumatda belə deyilir.
Məlumata görə, 10 martda Ermənistan Prezidenti Armen Sarkissyana Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad olunması yerinə Davtyanın təyin edilməsi təklifi verilib, lakin 11 martda Ermənistan Prezidenti bu təyinata etiraz bildirib.
“Respublika prezidenti tərəfindən verilən etirazlar baş nazir tərəfindən qəbul edilmədi, bununla əlaqədar həmin gün respublika prezidentinə müvafiq əsaslarla məktub göndərildi”, - deyə Ermənistan baş nazirinin ofisi vurğulayıb.
Rəsmi məlumatda qeyd olunur ki, Ermənistan prezidentinin qanunla nəzərdə tutulmuş müddətdə layihəni imzalamamasını, Konstitusiya Məhkəməsinə müraciət etməməsini səbəbindən, qanuna görə, 22 martdan etibarən Artak Davtyan Silahlı Qüvvələrin Baş Qərargahının rəisi vəzifəsini icra edir.
Fevralın 25-də Ermənistan Silahlı Qüvvələri Paşinyanın istefasını tələb edən bir bəyanat yaymışdı. Paşinyan isə bunu bir çevriliş cəhdi kimi qiymətləndirmiş və tərəfdarlarını etirazlarla küçələrə çıxmağa və Qasparyanı Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi vəzifəsindən istefa etməyə çağırmışdı. Paşinyan eyni zamanda Qasparyanın vəzifəsindən azad edilməsi barədə bir fərman imzalamışdı. Prezident isə iki dəfə Paşinyanın qərarını imzalamaqdan imtina edərək geri göndərmişdi.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar