Xəbər lenti
Bu gün, 18:46
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
İran dini liderinə və Ali Milli Təhlükəsizlik Şurasına ən yaxın media orqanlarından hesab olunan "Nournews"-da bu gün Azərbaycanla bağlı geniş məqalə yayımlanıb.
Ovqat.com-un məlumatına görə, “Bakı pis dostlarının qayğısına qalmalıdır” sərlövhəli yazıda TIR sürücüləri məsələsi, Azərbaycan mediasının Ərdəbil imam-cüməsi Amilini təhqir etməsi və Azərbaycan prezidentinin İran haqqındakı son fikirləri tənqid olunur.
Azərbaycan rəhbərliyinə çox önəmli mesajların verildiyi məqalədə iki dövlət arasındakı ziddiyyətlərin əsl “səbəbləri” üzərində də durulur. Müəllifin iddiasına görə, Azərbaycanın öz ərazisində suverenlik haqqlarını təmin etməsinin əsas səbəbi guya İranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) daimi üzv olduqdan sonra bu ölkə qarşısında yaranmış yeni perspektivlərin əngəlləmək cəhdlərindən qaynaqlanır. Tehranın rəsmi mövqeyini ifadə etdiyi şübhə doğurmayan məqalənin tərcüməsini dəyərli oxuculara təqdim edirik. Yazıda irəli sürülən bəzi iddiaların həqiqəti nə dərəcədə əks etdirdiyinə dair münasibətimizi də haşiyələrə çıxaraq ortaya qoymağa çalışacağıq.
Məqalədə deyilir:
“Bu günə qədər İranın səbir, dostluq və sülh mövqeləri ilə üzləşən Azərbaycan Respublikasının son həftələrdə təxribatçı davranış meyli qəribə bir şəkildə artmaqda davam edir və bəzi gərgin sahələrdə hərəkətləri ilə birlikdə ölkəmizə qarşı bir növ psixoloji əməliyyat aparılır.
Bu davranışlar İranın ticari yük maşınlarının sərhəddə qırx səkkiz saatlıq dayanması ilə başladı, Azərbaycan parlamentinin bəzi üzvlərinin İrana qarşı müdaxilə bəyanatları, ölkə mətbuatında İran rəsmilərinin (o cümlədən ali dini lider Ayətullah Xamaneinin nümayəndəsi, Ərdəbil əyalətinin imam-cüməsi Ayətullah Ameli daxil olmaqla) təhqirləri və hücumları ilə davam etdi.
Bu dostluğa zidd proses, nəhayət, Azərbaycan Prezidenti İlham Əliyevin təəccübləndirici sözləri ilə yeni mərhələyə qədəm qoydu və gərginliyin səviyyəsini qaldıraraq, iki ölkə arasındakı isti və qardaşlıq münasibətləri üzərində istənməyən mənfi atmosfer yaratdı.
Türkiyənin “Anadolu” Xəbər Agentliyinə verdiyi müsahibədə Əliyev bu gərgin hərəkətlərin əsas səbəbindən bəhs etmədən ölkəmizə qarşı ittihamlar irəli sürdü. Bu cür davranış və mövqeyi ilə problemin əsl səbəbərindən ya xəbərsiz olduğunu, ya da iki ölkə arasında dostluq münasibətlərinin güclənməsini istəməyən ölkələrin tərəfində yer tutduğunu göstərdi.
İranın Azərbaycana qarşı dostluq siyasəti ilə açıq şəkildə ziddiyyət təşkil edən və mənşəyi Tehrana kifayət qədər aydın olan bu davranışlar, miqyasını aşağıda müzakirə edəcəyimiz gözlənilməz vəziyyət yaratmışdır.
İran İslam Respublikası Sovet İttifaqının dağılmasının tarixi dövründən bəri Azərbaycanla qardaşlığını və dostluğunu müxtəlif formalarda sübut etdi. Bakı rəhbərliyi uzun müddətdir ki, müxtəlif bəhanələrlə bu ölkə əhalisini İran əleyhinə hərəkətlərə təhrik edir.
Bir neçə ay əvvəl işğal olunmuş Dağlıq Qarabağ torpaqları uğrunda Azərbaycanla Ermənistan arasında baş verən toqquşmalarda Tehran Bakının işğal olunmuş ərazilərinin bir hissəsinə hakim olmaq hüququnu tanıyarkən, iki düşmən ölkənin (Ermənistanla Azərbaycan nəzərdə tutulur) yavaş -yavaş dialoqa yaxınlaşması, görünür, Bakı hakimiyyətini yanıltdı.
Dağlıq Qarabağ müharibəsi zamanı İnqilabın Ali Rəhbəri Azərbaycanın işğal olunmuş ərazilərinin bu ölkəyə qaytarılmasının zəruriliyini və bölgəni boşaldaraq Bakıya təhvil verilməsinin zəruriliyini açıq şəkildə söyləmişdir. Dağlıq Qarabağ münaqişəsi zamanı etdiyi çıxışında İrəvanı işğalın davam etdirilməsinin onun xeyrinə olmadığını anlamağa çağırdı. Ancaq görünür, Azərbaycan hakimiyyəti tezliklə hər şeyi unudub.
Ovqat.com-un şərhi - 1
İran dini lideri Qarabağın Azərbaycan ərazisi olması fikrini 44 günlük müharibənin ilk günündə yox, sonlarında dilə gətirmişdi. Bu o zaman idi ki, Azərbaycanın müharibəni öz xeyrinə həll etdiyinə şübhə yox idi və əsgərlərimiz Şuşanın astanasında dayanıb Ali Baş Komandandan əmr gözləyirdilər. Belə bir vəziyyətdə İran dini rəhbərinin məlum bəyanatında irəli sürülən 4 maddədən 3-ü rəsmi İrəvanın mövqeyini əks etdirirdi.
“2. Bu torpaqlardakı ermənilərin təhlükəsizliyi təmin olunmalıdır;
3. Beynəlxalq sərhədlərin hər iki ölkə tərəfindən qorunması vacibdir;
4. Əldə edilən etibarlı məlumatlara əsasən, regiona daxil olmuş terrorçular İran sərhəddinə heç bir vəchlə yaxınlaşmamalıdırlar. Əgər onlar sərhədə yaxınlaşarlarsa, mütləq qətiyyətli reaksiya ilə üzləşəcəklər”, - Ayətullah Xamaneinin həmin bəyanatında deyilirdi.
İran dini lideri Qarabağın Azərbaycan ərazisi olması fikrini 44 günlük müharibənin ilk günündə yox, sonlarında dilə gətirmişdi. Bu o zaman idi ki, Azərbaycanın müharibəni öz xeyrinə həll etdiyinə şübhə yox idi və əsgərlərimiz Şuşanın astanasında dayanıb Ali Baş Komandandan əmr gözləyirdilər. Belə bir vəziyyətdə İran dini rəhbərinin məlum bəyanatında irəli sürülən 4 maddədən 3-ü rəsmi İrəvanın mövqeyini əks etdirirdi.
“2. Bu torpaqlardakı ermənilərin təhlükəsizliyi təmin olunmalıdır;
3. Beynəlxalq sərhədlərin hər iki ölkə tərəfindən qorunması vacibdir;
4. Əldə edilən etibarlı məlumatlara əsasən, regiona daxil olmuş terrorçular İran sərhəddinə heç bir vəchlə yaxınlaşmamalıdırlar. Əgər onlar sərhədə yaxınlaşarlarsa, mütləq qətiyyətli reaksiya ilə üzləşəcəklər”, - Ayətullah Xamaneinin həmin bəyanatında deyilirdi.
Haşiyənin sonu
Müəllifin fikrincə, ABŞ-ın və sionist rejimin (İsrail-Ovqat.com) illərdir qonşu ölkədə İran-Azərbaycan münasibətlərində böhran yaratmaq üçün ciddi şəkildə çalışdığı İran üçün olduqca aydındır və bölgədəki bəzi iddialı ölkələr bundan yararlanaraq sözgedən mənfi təsirləri inkişaf etdirməyi düşünürlər.
İranın Şanxay Əməkdaşlıq Təşkilatına qalıcı olaraq qoşulması ilə yeni bir mərhələyə qədəm qoyduğunu iddia edən müəllif onu da iddia edir ki, Tehranın Şərq-Qərb magistral yolundakı strateji mövqeyi, Vaşinqton və Tel-Əvivi qorxudur və guya Azərbaycanın işğaldan azad olunmuş ərazilərdəki fəaliyyəti İranı sevməyən həmin güclərin “bölgədəki əsas kozırıdır”. Odur ki, bu ölkələr Bakının “strateji səhvlərinə” haqq qazandırırlar.
Müəllifin iddiasına görə, ABŞ və İsrailin Azərbaycana yerləşdirdiyi hərbi güc və bölgədə aparmaq istədiyi geosiyasi dəyişikliklər İran İslam Respublikasını bu mövqedən məhrum edir, bütün bunlar isə Zəngəzur keçidini ələ keçirməklə reallaşdırılır.
Ovqat.com-un şərhi - 2
Əvvəla, onu qeyd edək ki, rəsmi Tehranın ötən ayın 16-17-də Tacikistan paytaxtı Düşənbədə keçirilən sammitdə Şanxay Əməkdaşlıq Təşkilatına daimi üzv seçilməsi barədə irəli sürdüyü iddia xeyli müəmmalarla doludur. Məsələ burasındadır ki, bu iddia yanlız Tehran tərəfindən irəli sürülür. Təşkilatın digər aparıcı üzvlərindən isə başqa səslər eşidilir. ŞƏT-in bu qərarı barədə Çin prezidenti Şi Cinpinqin açıqlaması bu şəkildə idi: "Bu gündən etibarən İranı ŞƏT -ə üzv qəbul etmək üçün lazımi prosedurlara başlayırıq."
Cinpinqin ardınca açıqlama verən Rusiya Prezidenti Vladimir Putinin isə bu barədə fikirləri belə olmuşdu: "Rusiya İranın ŞƏT-ə üzvlük prosesinə başlamaq qərarını dəstəkləyir". Putin həmin çıxışında ölkələrin ŞƏT-ə üzv olmasından əvvəl müəyyən prosedurlardan keçməsinin vacib olduğunu açıq-aşkar ifadə etmişdi. Bənzər məzmunlu digər bir açıqlama İranın bu gün Araz qırağında dayanıb barmaq silkələdiyi, hava yolu ilə 1500 km uzaqda yerləşən İslamabaddan gəlmişdi. Pakistan Baş naziri İmran Xan İranın ŞƏT-in tamhüquqlu üzvü olaraq qəbul edilmə prosesinə girdiyini bildirmişdi.
Əvvəla, onu qeyd edək ki, rəsmi Tehranın ötən ayın 16-17-də Tacikistan paytaxtı Düşənbədə keçirilən sammitdə Şanxay Əməkdaşlıq Təşkilatına daimi üzv seçilməsi barədə irəli sürdüyü iddia xeyli müəmmalarla doludur. Məsələ burasındadır ki, bu iddia yanlız Tehran tərəfindən irəli sürülür. Təşkilatın digər aparıcı üzvlərindən isə başqa səslər eşidilir. ŞƏT-in bu qərarı barədə Çin prezidenti Şi Cinpinqin açıqlaması bu şəkildə idi: "Bu gündən etibarən İranı ŞƏT -ə üzv qəbul etmək üçün lazımi prosedurlara başlayırıq."
Cinpinqin ardınca açıqlama verən Rusiya Prezidenti Vladimir Putinin isə bu barədə fikirləri belə olmuşdu: "Rusiya İranın ŞƏT-ə üzvlük prosesinə başlamaq qərarını dəstəkləyir". Putin həmin çıxışında ölkələrin ŞƏT-ə üzv olmasından əvvəl müəyyən prosedurlardan keçməsinin vacib olduğunu açıq-aşkar ifadə etmişdi. Bənzər məzmunlu digər bir açıqlama İranın bu gün Araz qırağında dayanıb barmaq silkələdiyi, hava yolu ilə 1500 km uzaqda yerləşən İslamabaddan gəlmişdi. Pakistan Baş naziri İmran Xan İranın ŞƏT-in tamhüquqlu üzvü olaraq qəbul edilmə prosesinə girdiyini bildirmişdi.
ŞƏT liderlərinin açıqlamalarından da göründüyü kimi, İran hələ bu ittifaqın daimi və tamhüquqlu üzvü deyil, sadəcə üzvlüyü müzakirə olunan ölkədir. Tehran özünü bu cür aqressiv apardıqca, “Şanxay”a üzvlüyünü də şübhə altına atır. Sözsüz ki, ən azı hazırda olmayan bir nəsnənin qarşısını almaq da mümkün deyil.
Üstəlik, ŞƏT-in İran qarşısında qoyduğu öhdəliklər rəsmən açıqlanmasa da, indiyədək onun üzvlük yolunda qarşılaşdığı bəzi əngəllər bu barədə də kifayət qədər ip ucları verir və bu ip ucları İranın öz xarici siyasətini dəyişmədən həmin ittifaqa üz ola bilməcəyini göstərir.
Bilindiyi kimi, 2005-ci ildə ŞƏT-ə müşahidəçi qismində qatılan İran təşkilatın daimi və tamhüquqlu üzvü olmaq üçün 2 dəfə müraciət edib, lakin hər iki müraciət müxtəlif səbəblərdən geri çevrilib. İlk müraciət 2008 -ci ildə edilsə də, BMT Nizamnaməsinin 7 -ci hissəsinə əsasən, sanksiyalara məruz qalan İran bu arzusunu reallaşdıra bilmədi. Bu fakt onu göstərir ki, ŞƏT də yeri gələndə beynəlxalq təşkilatların mövqeyini nəzərə alır və ondan kənar çıxmamağa çalışır.
İran ikinci dəfə 2015-ci ildə beynəlxalq güc mərkəzləri ilə münasibətlərini normallaşdırdıqdan sonra yenidən eyni xəyala düşmüşdü. Çünki başda ABŞ olmaqla BMT-nin 5 Daimi üzvü və Almaniya ilə nüvə sazişi bağlamış və qarşıısnda dayanan beynəlxalq əngəli aradan qaldırmışdı. Bu səfər isə onun qarşısını kəsən Tacikistan olmuşdu. Düşənbənin əsas gətirdiyi arqument isə İranın əsla vaz keçməyəcəyi siyasət idi – Tacikstandakı radikal islamçı qüvvələri dəstəkləməkdən imtina etmək.
Araz qırağındakı hərbi təhdidlərin yönəldiyi ünvanlardan birinin də Pakistan olduğunu nəzərə alsaq, İslamabadın bu müzakirə prosesində İran üçün sürprizlər hazırladığı şübhə doğurmur. Hər halda Pakistan ŞƏT-də Tacikistanla müqayisədə daha ağır çəkiyə və həlledici gücə malikdir. Onun İranla çəkişmələrdə Türkiyə və Azərbaycanın yanında yer alması da Tehrana verilən mesaj mahiyyəti daşıyır.
Əslində İranın ŞƏT-ə üzvlüyü heç Çinin və Rusiyanın da maraqlarına uyğun deyil. Rusiya İranın göz dikdiyi “Bir Kəmər, Bir Yol” layihəsində onu özünə rəqib olaraq görür və İran-Ermənistan-Gürcüstan-Qara dəniz-Avropa marşrutunun bağlanmasında maraqlıdır. Çünki bu yoldan keçən marşrut həm Ermənistanı, həm də Gürcüstanı Rusiyadan tamamilə müstəqil hala gətirir və İrana bağlayır. Bu tendensiyanın qarşısını almaq üçün Rusiya Zəngəzur dəhlizinin açılmasına daha çox maraq göstərir və indidən gəlib həmin yolun başında əyləşib. Məqsəd İranın Cənubi Qafqaza açılışının qarşısını almaq və Ermənistanın bu yoldan qazanacağı kapitalı mənimsəməkdir.
Çin isə İranın indiyədək ona qarşı Hindistanı dəstəklədiyini, bununla da ABŞ-a yaxınlaşmağa çalışdığını unutmayıb. Pekin sabiq qədəm olmayan Tehranın sabah eyni addımı atmayacağına bel bağlaya bilməz.
Üstəlik, Çinin İran vasitəsilə mallarının traziti 3 dövlət üzərindən mümkündür: Pakistan, Əfqanıstan və Türkmənistan. Pakistanın və Əfqanıstanın İranla münasibətləri aydındır. Bu zəncirdə ən zəif həlqə Türkmənistan görünür. Fəqət onun da son zamanlar Türk Birliyinə meyllənməsi, İran-Ermənistan-Gürcüstan yolunun çətinliyi və təhlükəsizliyi Aşqabadın da diqqətini daha qısa marşrut olan Trans-Xəzər yoluna yönəldir. Bu durumda Çinin İranı dəstəkləməsi daha yaxın və perspektivli müttəfiqini itirməsi ilə nəticələnə bilər.
Ən əsası isə, “Şanxayı”n ağsaqqalları İranın nüvə silahına sahib olmasını istəmirlər. Nüvə İranı ilk növbədə onları qorxudur. Çünki İranın əlindəki raketlərin ABŞ-a qədər getməsi mümkün deyil. Çin, Pakistan, Rusiya, hətta Hindistan belə, onun birbaşa təhdidi altındadır. Təbii ki, bu ölkələr İranın onlar üzərində üstünlük qazanmasına razı ola bilməzlər. Elə bu səbəbdən də ŞƏT 2008-ci ildə İranı öz tərkiblərinə almamış, BMT-nin sanksiyalarını əsas gətirərək, diplomatik üslubla “get, bir daha fikirləş, sonra yenidən gələrsən”, - demişdilər.
İran yenə nüvə mübahisələri ilə üz-üzədir. Beynəlxalq Atom Enerjisi Agentliyi ilə böhran yaşayan qonşu ölkəni yeni ağır sanksiyalar gözləyir. Bu vəziyyətdə İranın ŞƏT-ə daimi və tam üzvlüyü yenidən rədd oluna bilər.
Zənnimizcə, İranın ŞƏT-ə natamam üzvlüyünün əsas səbəbi təşkilatın “ağsaqqal”larının ABŞ-la sövdələşmə istəyindən irəli gəlir. İstər Çin, istər Rusiya, istərsə də Pakistan zaman-zaman ABŞ-ın sanksiyalarına məruz qalır və sövdələşmək üçün yeni kozır axtarırlar. İran isə onların əlində ən yaxşı kozır ola bilər.
Haşiyənin sonu
Məqalədə daha sonra deyilir:
“Etnik-dini gərginliyi qızışdırmaq və İranın strateji səbrindən sui-istifadə etməklə həyata keçirilən bu təhlükəli oyun, uzun müddətdir ki, Demokratiyanı Müdafiə Fondunun üzvü Brenda Şeferə bağlı amerikan-sionist mərkəzli bir düşüncə quruluşu vasitəsi ilə hazırlanmışdır (FDD). Təəssüf ki, Bakı Tehranın xəbərdarlıqlarına baxmayaraq, bu oyuna təslim oldu.
Maraqlıdır ki, bütün bunlara baxmayaraq, Bakı rəsmiləri İran qoşunlarının İslam Respublikasının şimal bölgələrində dislokasiyasını və "Xayberi Fatehləri" hərbi təliminin keçirilməsini əsas gətirib, İranı bölgədəki təhlükəsizliyi və sabitliyi pozmaqda günahlandırmağa çalışırlar. Halbuki hər bir ölkənin təhlükəsizlik bazasını gücləndirmək üçün öz sərhədləri daxilində istədiyi kimi hərəkət etmək hüququ vardır və ölkənin şimalında İran hərbi təlimlərinin keçirilməsi də bu qaydaya uyğundur.
Məsələ ondadır ki, hərbi təlimlərlə bağlı şikayət edilirsə, bu, təkcə İrana deyil, Xəzər dənizi boyunca yerləşən digər ölkələrə də şamil olunmalıdır. Təlimlərə ciddi tənqidi nöqteyi-nəzərdən yanaşan Bakının fəaliyyəti və bölgə xaricindəki ölkələrlə birgə təlimi də sual altındadır.
Pakistan, Türkiyə və Azərbaycanın son birgə təlimi, bu orduların açıq şəkildə bölgədəki digər güclərə təqdim edilməsini xatırladan bənzərsiz və təxribat xarakterli bir hərəkətdir.
Son günlərdə bir çox siyasi və hərbi analitik Bakı, İslamabad və Ankaranın Xəzər dənizində təlimlər keçirməsini gölün şimal qonşusu Rusiya üçün bir təhdid siqnalı olaraq görürlər. Təbii ki, Pakistanın Amerika meylləri, Bakı ilə Ankaranın sionist rejim və digər Qərb hökumətləri ilə əlaqələri nəzərə alındıqda Azərbaycanın bu təxribatçı hərəkəti heç bir halda bölgəni sabitləşdirmək üçün konstruktiv fəaliyyət sayıla bilməz.
Azərbaycanlı analitiklər öz siyasətçilərinə, geniş ictimaiyyət kütləsinin saxta İsrail hökumətinə nifrət etdiyi ölkədə Azərbaycan Respublikası ilə Qüdsdəki işğalçı rejim arasında əməkdaşlığın genişləndirilməsinin regional təhlükəsizlik və ölkələr arasındakı münasibətləri pozan ən böyük təhdid olduğu barədə xəbərdar etsələr, pis olmaz.
Tərcümə və əlavələr Heydər Oğuza məxsusdur,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar