Xəbər lenti

 
 
“İranın Daxili İşlər naziri ayıq olsun, bura Azərbaycandır. Burada seçilən şəxslər Azərbaycan adına layiq adamlar olmalıdırlar”.
 
Ovqat.com xəbər verir ki, İran ali dini liderinin Şərqi Azərbaycan üzrə nümayəndəsi, Təbriz imam-cüməsi Seyid Məhəmmədəli Ali Haşim ölkənin Daxili İşlər Nazirliyinə müraciətində bunu bildirib.
 
İranın yeni hökumətinə Azərbaycanın Səttarxan, Bağırxan, Xiyabani, Bakiri kimi dahi şəxsiyyətlər, qəhrəmanlar yetişdirdiyini xatırladan Ali Haşim bildirib ki, hər bir əyalətin valisi, icra başçısı və başqa məsulları onun şan və şöhrətinə yaraşan şəxslər arasından seçilməlidir.
 
 
Nə olub, hər kəs əlinə bir vərəq alıb və özünü vali kimi qələmə verir. Azərbaycan valisi əyalətin şanına uyğun şəxs olmalıdır”-deyə, cümə imamı bildirib.
 
Bildirildiyinə görə, İran daxili İşlər Nazirliyi Şərqi Azərbaycana yeni vali təyin edilməsi məsələsində əyalət əhalisinin istəyini nəzərə almaq istəmir, heç kim tərəfindən tanınmayan birini bu vəzifəyə təyin etmək istəyir. Təbriz imam-cüməsini qəzəbləndirən də budur.
 
Qeyd edək ki, Ərdəbil imam-cüməsi Ayətullah Seyid Həsən Amilidən fərqli olaraq, Təbriz imam-cüməsi Şimali Azərbaycanın da problemlərinə daha obyektiv qiymət verməsi ilə seçilir. Amili kimi boğazdan yuxarı sözlər deməkdən xoşlanmayan, bacardığı qədər haqqı nahaqdan ayırmağa çalışan, ədalətli danışa bilməyəndə susmağa üstünlük verən Seyid Məhəmmədəli Ali Haşim 44 günlük savaş zamanı ölkəmiz haqqında irəli sürülən bir çox erməni yalanlarını təkzib etməsi ilə də yadda qalmışdı. O, Azərbaycan Ordusunun kifayət qədər güclü olduğunu, başqa ölkələrdən muzdlu əsgər gətirməyə ehtiyac duymadığını açıq-aşkar ifadə etmiş, öz məsləkdaşı Amili həzrətlərinə əsl din adamının necə olmalı olduğunu göstərmişdi. Həmçinin 1 ilə yaxındır əlində zərrəbin, Xamenei ağasının Qarabağ barədə fitvasını axtarıb hələ də tapa bilməyən, sonunda araşdırmalarından bezib böyük bir yalan uyduran bizim şeyxülislam Allahşükür Paşazadə həzrətlərinə də. 
 
 




Ana səhifəyə qayıt        Baxış: 6 645          Tarix: 11-09-2021, 17:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma