Xəbər lenti
Bu gün, 21:23
Bu gün, 20:40
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
Xatırlayırsınızsa, bir müddət əvvəl İran dini lideri Ayətullah Xamanei Azərbaycanı şillə ilə qorxutmuşdu. Bu hədə-qorxuların üzərindən çox keçməmiş İranın özü ciddi bir şilləyə qonaq edildi. Maraqlıdır ki, sözügedən şilləni vuran Azərbaycan və ya Türkiyə yox, Gürcüstan vurdu - Avropa və Rusiya qapılarını İranın üzünə bağlamaqla.
Ovqat.com Gürcüstan mediasına istinadən xəbər verir ki, Tbilisi İran vətəndaşlarının və nəqliyyat vasitələrinin ölkə ərazisinə quru yolu ilə daxil olmalarına qadağa qoyub və bütün yolları bağlayıb.
Ermənistan üzərindən keçərək Gürcüstana daxil olmaq və tranzit vasitəsi ilə Rusiyaya getmək istəyən yüzlərlə İran yük maşınları və TIR-lar sərhəddə saxlanılıb.
Gürcüstan hökumətinin bu qərarı İran və Ermənistan rəsmilərinin Gorus-Qafan magistralına alternativ yolu müzakirə etməyə başlamasından sonra verməsi xüsusilə maraq doğurur. Məlum olduğu kimi, Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan ötən gün Tehrana səfər etmiş və həmkarı Əmir Abdullahyanla görüşmüşdü. Görüşdə müzakirə edilən əsas məsələlərdən biri də alternativ yolun açılması olmuşdu. Görüşdən sonra keçirilən mətbuat konfransında erməni nazir də bunu etiraf edərək demişdi:
“Əlbəttə ki, bugünkü görüşümüzün vacib mövzularından biri də tranzit nəqliyyatı ilə bağlı son çətinliklər və onların aradan qaldırılması yolları idi. Hörmətli cənab Nazirə yolun tikintisi ilə bağlı işlər, eləcə də mövcud çətinliklər barədə məlumat verdim. Haqqında danışdığımız dolama yolun demək olar ki, tamamlandığını bildirdim”.
Xarici İşlər nazirlərinin dünənki görüşündən bir gün əvvəl isə İranın Yol və Şəhərsalma nazirinin müavini Xeyrullah Xademi də eyni məqsədlə İrəvana getmişdi. İranın “Etimad Onlayn” portalının məlumatına görə, nazir müavininin bu səfəri alternativ kommunikasiya marşrutunun tamamlanmasını müzakirə etmək məqsədi daşıyırdı. Xademi özüylə bərabər İrəvana texniki və mühəndis heyəti də aparmışdı.
İranın İLNA xəbər agentliyinin verdiyi məlumata görə, Tehran Tatev yolu adlanan bu tranzit xəttinin tamamlanmasında iştirak edərək Gorus-Qafan yolunu əvəz etməyə çalışır. “15 kilometrdən az hissəsi qalan Tatev yolunun tamamlanması o deməkdir ki, İran Azərbaycan ərazisinə girmədən Ermənistana çatacaq və oradan da Rusiya və Avropaya birləşəcək”, - məlumatda belə deyilirdi. O da qeyd olunurdu ki, İran bu yolun inşasının maliyyələşdirilməsini də öz boynuna götürmək niyyətindədir.
Gürcüstanın bu qərarından sonra İranın alternativ yol arayışları da öz mənasını itirir. Çünki, bu qərardan sonra Tatev yolu yalnız Ermənistana yükdaşımalarına xidmət edəcək. Odur ki, dağların üzərindən dolama yollardan keçən Tatev xəttinin rentabelliyi sual doğurur.
Üstəlik, Ermənistanla Azərbaycan arasında sülh danışıqları da başlamaq üzrədir. Bu danışıqlarda İrəvan, nəhayət, öz səhvini anlayıb, kommunikasiya əlaqələrinin açılmasına razı olarsa, İrandan idxal etdiyi məhsulları həm Türkiyədən, həm də Azərbaycandan daha rahat və ucuz yollarla əldə etmək imkanı qazanacaq. Nəticədə dolama yollarda təhlükəli səyahətə də ehtiyac qalmayacaq. Ayrıca, iki böyük türk ölkəsi arasında təhlükəsiz yaşamaq şansına qovuşacaq.
Qeyd edək ki, İran Azərbaycan və Türkiyə üzərindən Avropaya və Rusiyaya daha rahat yollar varkən, bu iki türk dövlətini ofsayt vəziyyətində saxlayaraq, Ermənistan-Gürcüstan-Qara dəniz və ya ilin 3-4 ayı təbii, əksər zamanlarda isə siyasi səbəblərdən bağlı qalan Yuxarı Lars xəttinə üstünlük verirdi. Ancaq avtomobil yolu ilə tranzit xəttinə yarayan, dəmir yolu çəkilişinin mümkün olmadığı bu marşrut onsuz da rentabelli deyildi. İndi isə Gürcüstanın son qərarından sonra İranın türk düşmənçiliyindən doğan bu planı ümumiyyətlə tarixə qovuşdu.
Beləcə, İran Şərq-Qərb marşrutunda tamamilə ya Azərbaycandan, ya da Türkmənistandan asılı vəziyyətə düşdü. Türkmənistan yolu Avropaya və Rusiyaya çıxış üçün həm xeyli uzun, həm də ən azı 3 ölkədən keçməklə mümkündür. Azərbaycan marşrutu isə onu daha qısa yolla birbaşa Rusiyaya və Gürcüstana çıxara bilər. Təbii ki, rəsmi Bakı buna razılıq versə. Azərbaycanı şillə ilə təhdid edən və Araz qırağına dəmir-dümürlərini yığıb “Xeybərin Fatehləri” təlimini keçirərək göz dağı verən bir ölkəyə bu şansın veriləcəyi çox da inandırıcı görünmür.
Qərbə qapılarının bağlanması İranın “Bir Kəmər, Bir Yol” layihəsindən tamamilə məhrum edə və onun Şanxay Əməkdaşlıq Təşkilatının tamsəlahiyyətli üzvü olmaq şansının da üzərindən qalın bir xətt çəkə bilər. Üstəlik, bu həm də Türkiyə və Azərbaycan prezidentlərinin Tehrana təklif etdiyi 3+3 formatlı əməkdaşlıq təklifinin tarixə qovuşması anlamına da gəlir. Nə yazıq ki, Tehran özünün müdriklikdən uzaq siyasəti ilə bu durumu yaratdı və kimsədən inciməyə də haqqı yoxdur.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar