Xəbər lenti
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
“ABŞ rəsmiləri bəyan edirlər ki, Rusiya Ukrayna ilə müharibədə Çindən iqtisadi və hərbi yardım istəyib”. “AzPolitika.info” xəbər verir ki, bu məlumatla çıxış edən “The New York Times”-ın iddiasına görə, rəsmi Moskva həm də Çindən sanksiyalara qarşı mübarizədə ona dəstək göstərməsini xahiş edib.
Qəzet bildirir ki, ABŞ rəsmiləri Çinin Rusiyanın xahişinə reaksiyasını və Moskvanın istəklərinin detallarını açıqlamaqdan imtina ediblər. Lakin bir şey dəqiqdir ki, ABŞ tərəfi Çinin bu məsələ ilə bağlı davranışlarını diqqətlə izləməkdədir.
ABŞ Prezidentinin təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın bu gün Romada Çin Kommunust Partiyasının Siyasi Bürosunun üzvü və xarici işlər üzrə komissiyasının başçısı Yan Tszeçi ilə görüşü keçiriləcək. ABŞ mətbuatı bildirir ki, Vaşinqton bu günlərdə Rusiyaya yardım etməməsi və sanksiyalara riayət etməsi üçün Çinə təzyiq göstərmək fikrindədir.
C.Sallivan isə görüşdən öncə deyib ki, Çin Rusiyanın Ukraynada nəsə planlaşdırdığını hələ təcavüzdən öncə bilirdi. Lakin Pekin təcavüzün miqyası barədə geniş təsəvvürə malik olmayıb: “Böyük ehtimalla Putin avropalılara və digərlərinə yalan söylədiyi kimi, çinliləri da aldadıb”.
Ukrayna Prezident Ofisinin başçısı Mixail Podolyak isə Rusiyanın Çinə müraciətini biabırçılıq adlandırıb. Qeyd edib ki, bununla da Rusiya növbəti dəfə öz reputasiyasını heçə endirib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar