Xəbər lenti
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
ABŞ və Qərb ölkələrinin Rusiyadan qaz və neft ixracına qoyduğu sanksiyaların uzun müddət davam edəcəyinə Kreml inanmır. Arqumenti isə belədir: “Avropa bizim enerji mənbələrimizə möhtacdır. Məntiqlə, bu kimi sanksiyalar tətbiq olunarsa, neftin və qazın qiymətləri astronomik səviyyədə artacaq, nəticədə Avropa qışda soyuqdan donacaq, sənaye müəssisələri işləməz hala gələcək, yeni qlobal iqtisadi böhran qaçılmaz olacaq”. Hətta sanksiyaların tətbiq olunduğu ilk gün Rusiyanın keçmiş Prezidenti və Baş naziri Dmitri Medvedyev özünün Twitter səhifəsində 1000 kub metr qazın qiymətinin 3000 dollara, bir barrel neftin qiymətinin isə 300 dollara yüksələcəyini bildirmiş, istehza ilə Avropa ölkələrinə “yeni qiymətlər burulğanına xoş gəldiniz” yazmışdı. Bənzər arqumentləri digər rus liderlərindən də eşidirik.
Bəs, Rusiyanın bu ümidi nə qədər realdır?
Zənnimizcə, Rusiyanın arxalandığı arqument əslində dünya güclərinin həyata keçirmək istədikləri siyasətin əsl məqsədidir. Odur ki, Kremlin bu ümidi özünü aldatmaqdan başqa bir şey deyil.
Əslində neft və qazın qiymətlərinin artırılması dünya güclərinin illər öncə hazırlayıb həyata keçirmək istədikləri planın tərkib hissəsidir. Bu plana əsasən, dünya enerji dönüşümü keçirməli və karbohidrogen əsaslı yanacaqlardan imtina etməlidir. Yəni neftin və qazın əvəzinə digər enerji mənbələrindən yararlanmalı, xüsusilə elektiriklə işləyən maşınlara, dəzgahlara keçməlidir. İddialara görə, ötən il İngiltərədə keçirilən G-7 sammitinin əsas müzakirə mövzularından biri də məhz enerji dönüşümü və sıfır karbon məsələsi olmuşdu. Beynəlxalq iqtisadiyyat və maliyyə xəbər agentliyi “Bloomberg”in sammit öncəsi yaydığı məlumata görə, G7 liderləri məlum toplantılarda 2030-cu ilə qədər avtomobil satışlarının əksəriyyətinin benzin və ya dizel yanacağından kənar enerji mənbələri ilə işləməsi prosesinin sürətləndirilməsi məsələsini müzakirə edəcəkdilər. Alternativ enerji mənbələrinə keçid isə yalnız şok addımlarla reallaşa bilərdi. Çünki insan oğlu rahatlığı sevdiyindən indiyədək istifadə etdiyi enerji mənbələrindən əl çəkmək istəmirdi.
Beynəlxalq Enerji Agentliyinin (IEA) son 2 ildə dərc etdiyi hesabatlar da bu qənaəti möhkəmləndirir. Hesabatlardakı statistik məlumatları müqayisə etdikdə görərik ki, Avropa coğrafiyasında karbohidrogen əsaslı enerji sahəsinə qoyulan investisiyalar bərpa olunan enerji sahəsinə qoyulan sərmayələri üstələyir. Başqa sözlə, fosil yanacaq sərmayələri planlaşdırılanın əksinə, nəinki dünyanın əksər ölkələrində azalmır, hətta Avropanın özündə də artım göstərir. Bu səbəbdən də G-7 ölkələrinin 2021-ci il sammitində xüsusilə neftə və kömürə qoyulan sərmayələrə subsidiyaların ləğvi ilə bağlı müzakirələrin masaya yatırılacağı gözlənilirdi.
Düzdür, ötən ilin 11-13 iyun tarixlərində Britaniyanın Kornval bölgəsinin Karbis Bey kurort şəhərciyində keçirilən G-7 sammitinin yekun Bəyanatında bu məsələnin müzakirə edilib-edilmədiyi açıqlanmadı. Sadəcə, Çinin “Bir Yol, Bir Kəmər” projesinə qarşı yeni layihənin həyata keçirilməsi barədə qərar qəbul olundu. “Dünyanı Yeniden Daha Yaxşı İnşa Et" adlanan layihənin ilk toplantısı ABŞ-ın rəhbərliyi ilə “Demokratiya sammiti” adı altında keçirildi belə. Buna baxmayaraq, G-7 sammitində neft və təbii qaz yanacaqlı texnikalardan imtina məsələsinin gündəmə gəlmədiyini söyləmək də mümkün deyil. Çünki G-7 sammitinin əsas qərarları və müzakirə mövzuları rəsmən bəyan olunmur, gizli saxlanılır. Adətən müzakirə olunan məsələlərdən yalnız biri, özü də ən sadəsi üzərində durulur, diqqətlər əsl mətləblərdən yayındırılır.
Üstəlik, G-7 ölkələrindən Fransa və Almaniyanın fosil qaynaqlı enerji mənbələrindən imtina etməsi o qədər də asan məsələ deyil. Çünki bu ölkələrin müasir maşınqayırma sənayesində önəmli payı var və yeni yanacaq növünə keçid onların maraqlarına uyğun olmaya bilər. Bu durumda mümkündür ki, G-7 sammitində yeni enerji mənbələri ilə işləyən makinalara keçid gündəmə gətirilsin, amma bəzi ölkələrin müxalifliyi ilə qərar mərhələsinə gəlməsin.
Səbəb nə olursa olsun, Rusiyanın Ukraynaya hücumu ilə artıq anqlo-sakson ittifaqın öz məqsədinə çatdığı, Avropanın məcburən planlaşdırılan məxrəcə gətirildiyi artıq göz önündədir. Təsadüfi deyil ki, Avropa Komissiyasının (AK) hazırladığı enerji layihəsinin əsas prinsipləri də “Bloomberg”in hələ bir il əvvəl yaydığı məlumatlarla üst-üstə düşür. AK-nın yeni layihəsində bu ilin əvvəlinədək Rusiyanın enerji mənbələrinin 2/3-dən, 2030-cu ilədək isə tamamından imtina etmək nəzərdə tutulur. Bu da prinsip etibarilə G-7-nin ötənilki sammitində müzakirə olunduğu iddia edilən enerji dönüşümü prinsipinə tamamilə uyğundur. Zira bu prinsipdə də 2030-cu ilədək fosil yanacağından imtina nəzərdə tutulurdu.
Fosil yanacaqlı maşınlardan və texnikalardan imtinanın ən qısa yollarından biri isə, təbii ki, neft və qazın qiymətinin astronomik səviyyədə bahalaşmasından keçir. Xüsusilə neft bahalaşarsa, benzinlə işləyən maşınların rentabelliyi də aradan qalxacaq və insanlar elektrikli avtomobillərə keçməyə çalışacaq. Əgər bu ehtimal doğrudursa, Rusiya-Ukrayna müharibəsinin fərqli intensivliklə hələ 2030-cu ilədək davam etməsi də istisna deyil. Nədən ki, müharibə nə qədər tez bitərsə, kabrohirogenlərin qiymətləri bir o qədər ucuzlaşar və Avropalıları yenə də tənbəllik basar.
Yeri gəlmişkən, Rusiya və Ukrayna rəsmilərinin ümumi razılığa gəldiklərini elan etdikləri gün – 16 martda ABŞ Prezidenti Co Bayden Ukraynaya 800 milyon dollarlıq hərbi yardım qərarına imza atdı. Ondan 4 gün əvvəl isə 200 milyon dollarlıq hərbi yardım qərarına qol çəkmişdi. Üst-üstə 1 milyard dollarlıq hərbi yardım paketində ABŞ-ın indiyədək Ukraynaya çox gördüyü hava hücumundan müdafiə silahları da var. Özü də nə az, nə çox, 800 ədəd. Ukrayna bu silahları əldə edərsə, Prezident Zelenskinin müharibə başlayandan bəri NATO-dan istədiyi hava məkanını bağlamaq tələbi də öz həllini tapmış olacaq. Həm də birbaşa Ukraynanın öz hesabına. Sözsüz ki, tərəflərin ümumi razılığa gəldiyi bir zamanda ABŞ-ın bu iltifatı müharibəni tezlikdə bitirmək istəməməsindən xəbər verir. Prinsipcə, həmin qərarı imzalayarkən Co Baydenin özü də buna gizlətməyə belə lüzum görməyərək dedi: “İndi mən sizə səmimi bir söz deyəcəyəm, bu (Rusiya-Ukrayna savaşı) uzun və çətin müharibə olacaq, lakin Amerika xalqı Putinin mülki şəxslərə əxlaqsız hücumlarına qarşı həmişə Ukraynanı dəstəkləyəcək”.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar