Xəbər lenti
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
Prezident İlham Əliyevin bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzulu beynəlxalq konfransda etdiyi çıxış hər yerdən daha çox Ermənistanda böyük əks-səda yaradıb. Azərbaycan liderinin açıq şəkildə Ukraynanı dəstəkləməsi, Ermənistanın isə uduzan Rusiya tərəfində yer alması İrəvanı əməlli başlı xəyal qırıqlığına uğradıb. Artıq ən qatı erməni millətçiləri belə, Azərbaycanın bu mövqeyindən sonra İrəvanın Qərbdən siyasi dəstək ala bilməyəcəyinin fərqinə varıblar.
“ArmenianReport”un köşə yazarı Razmik Hakobcanyan bir az da uzağa gedərək, özünün etirafına görə, 3 ildir qorxusundan ürəyində saxladığı bir həqiqəti dilə gətirib: “Həqiqət bundan ibarətdir ki, 44 günlük müharibədə məğlubiyyətimiz yalnız bir aşkar səbəbə görə baş verdi - ölkəmiz müstəqillik əldə edəndən bəri Ermənistanda hakimiyyətə İlham Əliyev səviyyəsində siyasətçi gəlməyib”.
Erməni yazar niyə belə düşünür? Gəlin, bu sualın cavabını müəllifin Ovqat.com tərəfindən tərcümə edilən “Həqiqətlə üz-üzə gəlməyin vaxtıdır: Biz niyə Azərbaycana uduzduq? Acı nəticələr” sərlövhəli yazısında axtaraq.
Bu gün mən cəmi üç il əvvəl mənim üçün ağlasığmaz və qəbuledilməz olan bir həqiqəti yazmalı olacam... Nə qədər acı olsa da, həqiqəti söyləməyi bacarmalısan. Həqiqət bundan ibarətdir ki, 44 günlük müharibədə məğlubiyyətimiz yalnız bir aşkar səbəbə görə baş verdi - ölkəmiz müstəqillik əldə edəndən bəri Ermənistanda hakimiyyətə İlham Əliyev səviyyəsində siyasətçi gəlməyib”.
Bəli, sən məni söyə, hər şeydə, hətta Ermənistana və “Artsax”a xəyanətdə ittiham edə bilərsən, amma açıq-aşkar şeylər var ki, onlarla mübahisə etmək mənasızdır... Ermənistanda prezident kürsüsündə dörd nəfər oturub, indi isə beşincidir. Ölkənin birinci prezidentinin dövründə biz tarixi ərazilərimizi azad etdik. Obyektiv göstəricilərə əsaslansaq, Levon Ter-Petrosyan digərlərindən daha çox ən uğurlu dövlət başçısı adına uyğun gəlir.
Amma o, “torpağın bir hissəsinin müqabilində sülh” prinsipini nəzərdə tutan ideyanı ortaya qoyurdu. O, sonda getdi və iyirmi ildən artıq xalqı aldadaraq, soyanlara yol açdı. Bəli, nəticədə Robert Köçəryan və Serj Sarkisyan dollar multimilyonerlərinə çevrildilər. Mif yaratdılar ki, bizim ordumuz düşməni məğlub etməyə qadirdir. Bizi əmin etdilər ki, beynəlxalq ictimaiyyət Ermənistanın və “Artsax”ın tərəfindədir.
Halbuki, bunların heç birisi yox idi. Hətta Rusiya bizi dəstəkləmədi. Hətta KTMT belə. Ermənistanın geosiyasi manevrlər üçün real imkanını itirərək Gömrük İttifaqı və Aİİ-yə qoşulmasına baxmayaraq. Biz tamamilə Rusiyadan asılı ölkə statusu aldıq. Hansı ki, indi Ukrayna və Qərbə qarşı müharibədə məğlubiyyət ərəfəsindədir. Bu, obyektiv reallıqdır.
Eynilə zəif, simasız prezident Armen Sarkisyan kimi, ölkənin indiki prezidenti haqqında da danışmağa dəyməz. Çünki o, mövcud olmayan prezidentlik statusu ilə razılaşdı. Hazırda isə baş nazir Nikol Paşinyan real siyasi gücdür. Xalqa süd çayları və kisel sahilləri vəd edən, hamımızı “Artsax”ın Ermənistana aid olduğuna inandıran adam. Bəs sonra nə oldu? Sonra məlum oldu ki, ordumuz müharibəyə hazır deyil.
Bu, daha çox kimin günahıdır - Köçəryanla Sarkisyanın, yoxsa Paşinyanın? Bu, mənasız mübahisədir. İndiki vəziyyətə düşməyimizdə hamı günahkardır. Amma fakt odur ki, biz müharibənin qarşısını ala, onu ilkin mərhələdə dayandıra bilərdik, sonda kapitulyasiyaya imza atan Nikol Paşinyanın dövründə “Artsax” ərazisinin 70%-ni itirdik və bu qədərini itirməyə bilərdik. Bu da inkar edilməyəcək bir həqiqətdir.
Amma bundan sonra belə o, hakimiyyətdə qaldı, xalq bu yola üstünlük verdi. Bu, çoxluğun seçimidir, lakin o zaman “Artsax” torpaqlarının qalıqlarının indi açıq şəkildə təslim olmasına təəccüblənməməliyik. Eyni zamanda, obyektivlik naminə desək, mövcud şəraitdə Paşinyanın xüsusi variantları da yoxdur. Həm də təkcə onun deyil, digər rəqiblərinin də. İndi onlar hazırkı iqtidarı istədikləri qədər tənqid edə bilərlər, amma bu, sadəcə, daxili siyasi gündəm üçündür. Onlar hakimiyyətə gəldikdən sonra bütün yeni reallıqlarla razılaşmalı olacaqlar. Bir müddət dayanmağa cəhd edə bilərlər, amma bu, sonda heç nəyi dəyişməyəcək. Və bilirsən niyə? Çünki biz hər zaman aldanırdıq. Şüurlu və ya şüursuz, amma sonda bütün qaydaları Bakının qoyduğu oyunu oynayırdıq. Daha dəqiq desək, İlham Əliyevin. O isə heç vaxt planlarını gizlətmirdi, açıq şəkildə müharibəyə hazırlaşdığını deyirdi.
Və beləliklə, özünə yaxşı bir an seçərək, müharibəyə başladı. Kim nə deyirsə desin, məqsədinə də çatdı. Heç kim ona müqavimət göstərə bilmədi. Cənablar, Əliyev elə etdi ki, bütün ATƏT-in Minsk qrupu əllərini yuxarı qaldırdı. İndi isə onu açıq şəkildə alqışlayırlar. Bu gün Bakıda keçirilən “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda baş verənlər də bunun təzahürüdür.
“Qərb tərəfdaşları mənə deyirdilər: uduzdun, torpaqların işğalına dözməlisən, ərazi bütövlüyünə münasibətinə yenidən baxmalısan. Ancaq həmişə cavab verirdim - yox! Məni bu işdə inadkar, əyilməz olduğum üçün tənqid ediblər, amma həmişə yox cavabını vermişəm. Sizə məsləhətim odur ki, heç vaxt ərazi bütövlüyünün pozulması ilə razılaşmayın”, - Əliyev bildirib.
Yəni deyir ki, ona təzyiq ediblər. Lakin o dözüb. Bəli, Türkiyə də ona çox kömək etdi. Amma axı Türkiyə ilə də münasibətləri Bakıya lazım olan səviyyəyə çatdırmaq lazım idi və Əliyev bunu bacardı. İndi isə Ukraynaya Rusiyaya qarşı necə müqavimət göstərmək barədə məsləhətlər verir. Bununla belə, bu, həm Rusiya, həm də Aİ üçün çox vacib hala gəlib. Bəs biz kimin üçün önəmliyik? Mənə çürük pomidor atmazdan əvvəl bir fikirləşin.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar