Xəbər lenti
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
“Rusiya Suriyadakı hərbi birləşmələrini çıxarıb Ukraynaya yollamağa hazırlaşır”.
Ovqat.com xəbər verir ki, İsrailin “The Times of Israel” nəşri bu məlumatı yayıb.
Məlumata görə, rus hərbi bazaları İran İslam İnqilabı Keşikçiləri Korpusunun Suriyadakı bölmələrinə təhvil veriləcək.
Maraqlıdır ki, bu məlumatdan dərhal sonra Suriya prezidenti Bəşər Əsədin İrana getdiyi xəbərləri yayıldı. Bu da Suriya liderinin özünə yeni himayədar axtarmaq səfərinə çıxdığı ehtimalına yol açır və İsrail nəşrinin iddialarına haqq qazandırır.
Sual oluna bilər: Rusiyanın Suriyadan çıxmasından sonra İran Bəşər Əsəd rejimini təkbaşına qoruya biləcəkmi? Ümumiyyətlə, rus himayəsindən məhrum olan Suriyadakı yeni vəziyyət hansı perspektivlər vəd edir?
Zənnimizcə, rus qoşunlarının Suriyadan çıxarılmasının nəyə yol açacağını müəyyənləşdirmək üçün ilk növbədə həmin hərbi hissələrin hansı məqsədlə bu ölkəyə yerləşdirildiyinə aydınlıq gətirmək lazımdır. Məlumdur ki, Suriyada 11 ildir davam edən müharibənin əsas səbəblərindən biri Qətər və digər körfəz ölkələrindən Avropaya qaz kəmərləri çəkilməsi ilə əlaqədar idi. Qərb ölkələri və Qətərin bu təklifinə Bəşər Əsədin yox cavab verməsindən sonra Suriyadakı sünni qruplar hakimiyyəti devirməyə həvəsləndirildilər, beləcə, ölkədə sabitlik pozuldu. Müxalif silahlı qruplar hakimiyyəti devirməyə xeyli yaxınlaşdıqları anda isə Rusiya qoşunları 2015-ci ilin 30 sentyabrında Suriyaya hərbi müdafilə etdi. Başlıca məqsəd, təbii ki, Qətər və körfəz enerji resurslarının Avropaya nəqlinin qarşısını almaq idi. İran da şərti olaraq “şiə qaz kəməri” adlanan və İrandan Livana qədər uzanan enerji layihəsini qorumaq, yaxın gələcəkdə kəməri Aralıq dənizinə çıxarmaq üçün bu müharibədə maraqlı idi, təbii ki, o da regionda Rusiyanın yanında öz yerini aldı. Rusiyanın bölgədən çəkilməsindən sonra Qərb və region ölkələrinin yenidən Fars körfəzi-Avropa enerji kəmərinin açılması uğrunda vəkalət savaşını gücləndirəcəyi şübhə doğurmur. Ona görə ki, Rusiyanın enerji mənbələrindən imtina edən Avropa ölkələri üçün bu cur alternativ layihələr həyati əhəmiyyət daşıyır.
Rusiyanın bu qədər kritik bir zamanda Suriyanı tərk etməsi onun çəkilmə qərarını asanlıqla almadığına işarədir. Belə ki, bir tərəfdən Ukraynada böyük bir bataqlığa saplanan Rusiya digər tərəfdən ağır sanksiyalara məruz qalır. Nəticədə iqtisadi cəhətdən tənəzzülə doğru sürükləndiyi bir zamanda Ukraynada müharibənin getdikcə şiddətlənməsi onu hərbi xərclərini artırmaq məcburiyyətində buraxır. Qərb hərbi analitiklərinin hesablamalarına görə, Rusiya tək Ukrayna savaşında ən azı 900 milyon dollar xərcləyir. Suriya, Qarabağ, Dnestryanı və s. bölgələrdə havaya sovrulan pulları da bu hesaba qatsaq, gündəlik hərbi xərclər 1 milyardı ötür. Təbii ki, ağır iqtisadi sanksiyalarla üzləşən Rusiya üçün bu qədər vəsaitin müharibəyə sərf edilməsi olduqca ağır yükdür və Moskva bəzi izafi xərcləri ixtisara salmalıdır. Onun xərcini azalda bilməyəcəyi yeganə sahə isə Ukrayna savaşıdır. Əks halda Ukraynada uğursuzluğa düçar olmaq Rusiya üçün həyati təhlükə yarada bilər.
Son zamanlar rus hərbi mütəxəssislərinin və generallarının hazırkı siyasətlə Ukrayna savaşında heç bir nəticə əldə edə bilməyəcəklərini açıq şəkildə dilə gətirməsi və ümumi səfərbərlik elan olunması tələbini irəli sürməsi də vəziyyəti çətinləşdirir. Rusiya əgər Ukrayna savaşı üçün ümumi səfərbəliyə gedərsə, bu, açıq şəkildə müharibə elan etmək mənasına gələcək. Ukraynaya müharibə elanı isə NATO ölkələrinin daha aktiv şəkildə proseslərə qoşulmasının önünü aça bilər. Belə bir vəziyyətdə Rusiyanın bir də digər ölkələrin ərazisinə qoşun saxlaması həm bahalı müharibəyə cəlb olunmaqla yanaşı, həm də bu ərazilərdəki qüvvələrini təhlükə altına atmaq deməkdir. İstisna olunmur ki, Rusiya Ukrayna savaşında uğursuzluğa düçar olduqca, Suriya və digər ölkələrdə də öz çəkindirmə gücünü itirəcək, bu ölkələrdəki düşmənlərini daha aktiv savaşa həvəsləndirəcək. Belə bir vəziyyətdə ikinci cəbhə açmaq qətiyyən Rusiyanın işinə gəlmir və o, bu təhlükəli pesrpektivləri vaxtında dəf etməlidir.
Rusiyanın Suriyadan çəkilməsindən sonra İranın hamilik vəzifəsini təkbaşına yürüdüb-yürüdə bilməyəcəyi məsələsinə gəlincə, zənnimizcə, yaranacaq yeni situasiya cənub qonşumuz üçün xeyli ağrılı olacaq. Məsələ burasındadır ki, rus qoşunları Suriyada olanda belə, İranı İsrailin hava hücumlarından qoruya bilmirdi. Rus ordusunun Suriyadakı əsas missiyasının havadan müdafiə olduğunu nəzərə alsaq, yaxın gələcəkdə bu ölkədəki İran qüvvələrinin daha intensiv bombardımana tutulacağı ehtimalı var. Bu isə nəticə etibarilə İran qoşunlarının Suriyada öz mövqelərini möhkəmləndirə bilməyəcəyi və hava üstünlüyünü itirəcəyi deməkdir.
İranın Rusiyadan sonra onu rahatlıqla əvəz etməsi, Suriyanın hava sahəsini nəzarətə götürməsi də mümkün deyil. Əslində bunu heç Rusiyanın özü də tam bacara bilmirdi. Sadəcə Rusiyanın nüvə silahlarına malik olması onun birbaşa hədəf seçilməsini çətinləşdirirdi. İran üçün isə belə bir problem yoxdur. Hətta Rusiya ilə eyni müdafiə silahlarına sahib olması belə, ona həmin üstünlüyü qazandıra bilməyəcək. Çünki İran nüvə dövləti deyil, onun hərbi bazalarını birbaşa hədəfə götürmək hansısa təhlükəli vəziyyət yaratmır.
Üstəlik, Suriyanın cənubunda yerləşdirilmiş İran qüvvələrinin ölkənin şimalına çəkilmək ehtimalı da yoxdur. Bu halda o, Türkiyənin “radar”ına düşəcək və qardaş ölkə öz dövlət maraqlarına təhdid yaradan istənilən qüvvəni darmadağın etmək gücünə malikdir. Dolaysıyla, Rusiya dəstəyini itirən İran qüvvələri Suriyada iki od arasında qala bilər.
İran öz hərbi birliklərini qorumaq üçün, təbii ki, Livan Hizbullahının dəstəyinə bel bağlaya bilər. Lakin indiki şəraitdə Hizbullahın Suriyaya uzanan təchizat və yardım yolları da İsrail hərbi kəşfiyyatının nəzarəti altına keçir. Nəticədə Hizbullah da təsirsiz hala gətiriləcək və lazım gələrsə Huzbullah-İsrail hesablaşması rahatlıqla Livan ərazisinə sıçrayacaq. Bu isə öz növbəsində Livanın daxili müharibələrə sürüklənməsi deməkdir. Sirr deyil ki, 2020-ci ildə Beyrut limanında baş verən böyük partlayışdan sonra Livanda Hizbullaha qarşı ciddi narazılıqlar yaranıb və bu gərginlik asanlıqla vətəndaş müharibəsinə çevrilə bilər.
İran üçün digər gərginlik mərkəzi Əfqanıstanla sərhəd bölgələridir. Son zamanlar bu istiqamətdə də ciddi qarşıdurmalar yaşanır və İrandakı sabitliyi təhdid edir. Yəməndəki İran dəstəkli husi qüvvələrinin vəziyyəti də qətiyyən ürəkaçan deyil. İranı bu istiqamətdə də ağır imtahan gözləyir.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar