
Xəbər lenti
Dünən, 23:43
Dünən, 19:09
Dünən, 19:00
Dünən, 17:30
Dünən, 16:47
Dünən, 15:30
Dünən, 14:18
Dünən, 11:41
25-02-2025, 23:55
25-02-2025, 22:54
25-02-2025, 21:56
25-02-2025, 20:54
25-02-2025, 19:18
25-02-2025, 17:30
25-02-2025, 16:30
25-02-2025, 14:25

Britaniya kəşfiyyatının sabiq rəhbəri Rusiyada hakimiyyət dəyişikliyinin necə olacağını proqnozlaşdırıb…
2022-ci ilin sonlarında Putini Rusiyanın idarəetməsindən kənarlaşdırcaqlar. Hakimiyyət dəyişikliyi qansız-qadasız çevriliş vasitəsi ilə olacaq.
PİA.az xəbər verir ki, Böyük Britaniyanın kizli kəşfiyyat xidməti Mİ-6-nın sabiq rəhbəri Riçard Dirlav hesab edir ki, ilin sonuna qədər tamamilə müharibəyə köklənmiş Rusiya prezidenti Vladimir Putini sağalmaz xəstələrin saxlanıldığı sanotoriyaya yerləşdirəcəklər. Bu Kremlin sahibinin ciddi xəstələnməsi ilə bağlı şayiələrin yayılması fonunda baş verəcək. Bununla da Rusiyanın siyasi elitası qansız-qadasız çevriliş planını ölü nöqtədən çıxaracaqlar.
Putin hakimiyyətdə Rusiyanın real hərbi məğlubiyyəti və iqtisadi fəlakəti təhlükəsinə qədər qala biləcək. Hazırda ölkənin əsas siyasi simaları Rusiyanın rəhbərliyindən hamının həyatı üçün təhlükəli olan “xəstəliklər buketi” ilə gəzən prezidenti hakimiyyətidən kənarlaşdırma üçün ssenarilər üzərində çalışırlar. “Düşünürəm ki, 2023-cü ildə Putin ümumiyyətlə olmayacaq, onu aradan götürəcəklər”, deyə Dirlav bildirib.

Aprel ayında KİV-lərdə belə bir məlumat yayılıb ki, Putinin qalxanabənzər vəzisində xərçəng aşkarlanıb və bütün sutka ərzində mütəxəssis həkim nəzarətində olur. Bu teoriyanın dolayı sübutu isə mütəxəssislər tərəfindən Putinin xarici görkəmində olan dəyişikliklərlə izah olunur.
Dirlav hesab edir ki, Putini Kremldə Rusiyanın güc strukturlarının sevimlisi Nikolay Patruşev əvəz edə bilər. Ancaq Rusiya idarə etməsində varislik planı demək olar ki, işləmir. Britaniya kəşfiyyatçısı xəbərdarlıq edir ki, Putin rejimi öz sonuna yaxınlaşır, lakin bu məlumatı rejimin tamamilə yox olması kimi dəyərləndirmək olmaz. “Mən rejimin gələn ilə qədər, ən uzağı 18 ay müddətində iflas edəcəyini proqnozlaşdırıram. Şünki Ukrayna avantrrasının fəlakətə çevrilməsi ilə bağlı heç kimin şübhəsi yoxdur”, deyə Dirlav öz fikrini əsaslandırmağa çalışıb.
Rusiya iqtisadiyyatı sanksiyalar nəticəsində artıq “laxlaylb” və yaxın 3-altı ay ərzində bunun real nəticələri görünəcək. İqtisadi cəhətdən Rusiyanı hiperinflyasiya gözləyir, hərbi cəhətdən isə Rusiya fiyaskoya uğrayacaq.

Qeyd edək ki, daha əvvəl okkulist Andrey Kosmaç Putinin bir ildən artıq ömrünün qalmadığını bildirmişdi. Kremlin sahibi ilə bağlı film çəkən Oliver Stoun isə Putinin doğrudanda xərçəngdən əziyyət çəkdiyini təsdiqləyin. Məlumatlara görə Putinə yaxın olan oliqarxlar da onun xəstəliyindən xəbərdardırlar və artıq hakimiyyətin dəyişdirilməsi imkanlarını müzakirə edirlər.
Tərcümə PİA.az-a aiddir
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər