Xəbər lenti

 
Rusiya ilin sonuna qədər məğlub ola bilər”.
 
Ovqat.com-un məlumatına görə, bu proqnozu Ukrayna Hərbi Kəşfiyyatının rəhbəri Kirilo Budanov verib.
 
“Sky News” telekanalına açıqlama verən Budanovun fikrincə, avqust ayında müharibədə “dönüş” yaranacaq və Kiyev ilin sonunadək işğal altındakı bütün torpaqlarını geri qaytaracaq: "Ukrayna çətin də olsa qələbə qazanacaq və itirilmiş bütün bölgələrdə, o cümlədən Donbass və Krımda öz suverenliyini bərpa edəcək”.
 
Hərbi Kəşfiyyatın rəhbəri iddia edib ki, Kiyev “hər şeyi, o cümlədən Rusiyanın hərbi planlarını bilir və buna görə də Moskva “əsgər və silah sarıdan böyük itkilər” verir.
 
Kiyevin hərbi qələbəsinin Rusiyada ciddi dəyişikliklərə səbəb olacağını bildirən Budanov bu ölkədə artıq Putinə qarşı dövlət çevrilişinə hazırlıqların getdiyini iddia edib.
 
O, müsahibəsində Rusiya prezidenti Vladimir Putinin səhəti ilə bağlı müəmmalara da münasibət bildirib. Hərbi kəşfiyyat şefinin iddiasına görə, Putin "fiziki və psixoloji cəhətdən çox pis vəziyyətdədir və eyni anda bir neçə xəstəlikdən, o cümlədən xərçəngdən əziyyət çəkir".


Ana səhifəyə qayıt        Baxış: 6 123          Tarix: 15-05-2022, 05:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma