Xəbər lenti

 

“Ermənilər emosional millətdir, bəzən emosiyalarımız bizə ağıllı və müdrik qərarlar qəbul etməyə icazə vermir”.

Ermənstanın “Hraparak” nəşrinin dərc etdiyi məqalədə qeyd olunub.

Məqalə müəllifinin sözlərinə görə, Paşinyan Qarabağda anlaşılmaz məqsədlə təşkil olunmuş mitinqdə alovlu çıxış etdikdə, hamı onun “Qarabağ Ermənistandır, vəssalam” çıxışından təsirləndi.

“Lakin günlər keçdi və məlum oldu ki, emosional, qulağa xoş olmayan bəyanat diplomatik səhv idi. Bu barədə Rusiya və Azərbaycan Xarici İşlər nazirləri də danışıb. Əgər erməni tərəfi öz nazirinin dodaqları ilə Qarabağın “müstəqilliyi” barədə danışırsa, Baş nazir də “Qarabağ Ermənistandır, vəssalam” deyirsə, onda Paşinyan nəyin ətrafında danışıq aparıb?”,- deyə nəşr yazıb. \\Ordu.az




Ana səhifəyə qayıt        Baxış: 293          Tarix: 16-12-2019, 19:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma