Xəbər lenti


Hurriyyet.org xəbər verir ki, ABŞ Xarici İşlər naziri Mayk Pompeonun “təmiz” bir internet istədiyini söyləməsinin arxasında Çin təsirini və çinli şirkətləri ABŞ-ın internet dünyasından çıxartmaq niyyəti var.
Ancaq bu addımın internetin qloballıq xüsusiyyətini müzakirəyə çıxarılması ehtimalı narahatlıq doğurur.
“Splinternet” (Bölünmüş internet) termini Çinlə və son zamanlarda Rusiya ilə bağlı danışıqlarda işlədilir. Bu anlayış internetin təbiətindəki qloballıq xüsusiyyətinin artıq bitəcəyi deməkdir.

İnsanların internetdə tapa biləcəklərinə nəzarət eləmək istəyən hökumətlər üçün bu, öz internetinə sahib olmaq deməkdir.
Bir ölkənin öz internetinin ətrafına divar hörməsinə ən yaxşı nümunə Çinin Təhlükəsizlik Səddidir. Çində “Google” axtarış proqramına və ya “Feysbuk” şəbəkəsinə qoşulmağınız mümkün deyil. Burada təəccüb doğuran məsələ ABŞ-ın da Çinin açdığı yolla getməsidir. “Çinin proqramları virus yayır, təbliğat aparır və yanlış məlumatlar verir” deyən Pompeonun sözlərinin buna apardığı barəsində tənqidlər səslənir.

Pompeo “etibarsız” adlandırdığı bu proqramların ABŞ-dakı mobil tətbiq mağazalarından çıxarılmasının
tərəfdarı olduğunu söyləyib. Belə aydın our ki, Pompeo Çinin bütün proqramlarına etibar eləmir.
“Feysbuk”in təhlükəsizlik üzrə məsul olmuş keçmiş əməkdaşı Aleks Stamos adı çox hallanan “TikTok” proqramının əslində “aysberqin görünən üzü” olduğunu bildirərək əlavə edib: “Tiktok” proqramı mənim ilk 10 siyahımda belə yoxdur. Əslində ən çox “Tencent” tətbiqinə məxsus “WeChat” mesajlaşma proqramından ehtiyat eləmək lazımdır. Bu, dünyanın ən populyar mesajlaşma proqramlarından biridir. İnsanlar “WeChat” vasitəsi ilə şirkət idarə edirlər. Son dərəcədə həssas məlumatlara sahibdirlər”.
Pompeo da potensial təhlükələr arasında “WeChat” proqramının adını çəkib.

Bütün bunların 3 noyabr tarixindəki ABŞ seçkiləri ilə əlaqəsinin olmadığını demək çətindir. Trampın Çinə qarşı çıxışlarının məğzi təkcə texnologiyadan ibarət deyil. Burada siyasi motivlər də vardır.
Trampın seçkilərdə uduzması mümkündür. Demokratlar Çin şirkətlərinə qarşı daha mülayim yanaşa bilərlər. Lakin Trampın Çindən “təmizlənmiş bir ABŞ interneti” yaratmaq niyyəti daha ciddi müzakirələrə səbəb ola bilər.

Məsələnin ironik tərəfi internetin bu halda Çindəki versiyaya daha çox bənzəyəcəyi ehtimalıdır.
“Maykrosoft” şirkəti TikTok proqramının ABŞ-dakı şaxəsini satın alarsa, internetdə 3 ədəd fərqli TikTok mövcud olacaq: Çindəki TikTok (Douyin adı ilə tanınır), ABŞ-dakı TikTok və dünyanın qalan hissəsindəki TikTok.
Gələcəyin internet modeli belə olacaqdırmı?



Ana səhifəyə qayıt        Baxış: 2 652          Tarix: 8-08-2020, 16:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma