Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
Hansısa bir məsələ, yaxud da hadisə haqqında daha dolğun təəssürat yaratmaq, fikir formalaşdırmaq, dəqiq informasiya vermək üçün ən effektli vasitələrdən biri əyani təqdimatdır. Dünyada baş verən müharibələrdə də müharibə tarixini yaradarkən bu vasitədən geniş istifadə olunub.
13 aprel 1943-cü ildə, hələ II dünya müharibəsi, o cümlədən sovet-alman savaşı sona çatmamış SSRİ Dövlət Müdafiə Komitəsində hərbi qənimətlərin sərgisinin yaradılması ilə bağlı əmr imzalanıb. Əmrə əsasən sərginin açılması sovet-alman müharibəsinin başlanmasının ikinci ildönümündə, 22 iyun 1943-cü ildə nəzərdə tutulub.
Müharibə tarixlərinə nəzər yetirsək, şahidi olarıq ki, adətən belə sərgilər, müzeylər müharibədən sonra yaradılıb. Amma Kreml bu sərginin müharibə ərəfəsində açmağa qərar verib. Təbii ki, bu da səbəbsiz olmayıb.
Birinci səbəb o olub ki, artıq 1943-cü ildə, xüsusilə Stalinqrad uğrunda gedən döyüşlərdə sovet ordusunun uğurlu hərbi əməliyyatlarından sonra müharibənin bütün gedişatı SSRİ və müttəfiqlərinin xeyrinə dəyişəndə sərginin açılması ilə bağlı əmrə imza atan İosif Stalin faşist Almaniyasının məğlubiyyətinin yaxında olduğuna şübhə etməyib.
İkinci səbəb. Bu sərgini açmaqla qarşı tərəfə pixoloji təzyiq göstərmək məqsədi güdülüb ki, Moskva buna nail olub. Belə ki, SSRİ-nin xüsusi xidmət orqanları sərgidən olan görüntülərin Almaniyaya ötürülməsinə mane olmayıb, əksinə, şərait yaradıblar. Adolf Hitler bu görüntüləri əldə etdikdən sonra o dərəcədə qəzəblənib ki, əsəbi başla əvvəlcədən planlaşdırılmamış hərbi əməliyyatların başlanmasına qərar verib. Bu əməliyyatların hamısı uğursusluqlarla nəticələnib.
Üçüncü səbəb. Bu sərginin açılması ilə düşmənin güclü olması, müasir qırıcılara, tanklara, digər hərbi texnikalara, silah və sursatlara, rabitə qurğularına malik olması nümayiş etdirilib. Ortaya sual çıxır, Kreml düşmən qüvvələrinin güclü olmasını nümayiş etdirməkdə hansı məqsədi güdüb? Kreml bununla sovet qoşunlarının düşmənə ağır zərbələr yetirərək hərbi texnikalarını ələ keçirməklə SSRİ ordusunun Vermaxt qoşunlarından daha güclü və daha qüdrətli olmasını sübut edib.
Hərbi qənimətlər sərgisi Moskvada, Qorki adına mədəniyyət və istirahət parkında açılıb. Təntənəli açılış mərasimi 22 iyun 1943-cü ildə keçirilib. Sərgiyə general mayor İvanov rəis təyin edilib.
Sərgi açıq havada altı seksiyadan (artileriya, aviasiya, avtomobil, zirehli texnika, mühəndis-texniki və arxa cəbhə seksiyaları) ibarət olub. Bununla yanaşı, iki qapalı pavilyon da açılıb ki, həmin pavilyonlarda tabel silahları, sənədlər, bayraqlar, təltiflər, radiostansiyalar, alman döyüşçülərinin geyim və şəxsi əşyaları və s. nümayiş etdirilib.
Sərginin qapalı və yarımqapalı hissəsi parkın 5.4 min kvadratmet, açıq hissəsi isə 37 min kvadratmetr ərazisini tutub. Sərginin açılmasında təşkilati işlərə cavabdehlik daşıyan Kliment Voroşilov sərginin ərazisinin genişləndirilməsinin mümkün olduğunu Stalinə məruzə edəndə, o, belə cavab verib:
- Kliment Yefremoviç, sizin məqsədiniz nədir? Almaniyanı Moskvaya köçürmək? Hitler üçün bu da kifayətdir.
Hərbi qənimətlər sərgisinin açılışnda Stalin başda olmaqla bütün siyasi və hərbi elita iştirak edib. Açılışda Stalin kiçik nitq söyləyib, o, sonda vurğulayıb:
“Ordumuzun qarşısında ağır, çətin və güclü düşmənlə mübarizə durur. Bu mübarizə qəhrəmanlıq, qurbanlar, gərginlik və ümumxalq səfərbərliyi tələb edir. Biz yalnız bu tələbləri yerinə yetirdikdən sonra düşmən öz layiqli cəzasını alacaq...”
Hərbi qənimətlər sərgisi 1 oktyabr 1948-ci ilədək fəaliyyət göstərib. Bu müddət ərzində sərgini 8 milyona yaxın insan ziyarət edib. SSRİ-də fəaliyyət göstərən səfirliklərin əməkdaşları, həmçinin Moskvaya rəsmi səfərə gələn xarici ölkələrin nümayəndələri də sərgiyə böyük maraq göstəriblər.
Sərgidə xüsusi manekenlərdə ali rütbəli alman zabitlərinin orjinal qış geyimlərinin nümayiş olunması böyük maraq yaradıb. Marşal Jukov bu səhnələri tragikomediya adlandırıb.
Marşal Vasilevski isə hərbi qənimət sərgisi haqqında öz təəssüratlarını belə bölüşüb:
“Bu sərginin bələdçiyə ehtiyacı yoxdur. Burada nümayiş olunan hər bir texnika danışır. Kütləvi insan qırğınları üçün istiqamətləndirilən bu texnikaların susdurulmasında milyonlarla sovet vətəndaşının qanı tökülüb. Faşistlərin xislətinə bələd olmaq üçün bu texnikaları sükutla seyr etmək kifayətdir...”
Sərgiyə giriş pullu olub. Biletlər 1 rubla satılıb. Hərbçilər və əlillər üçün isə biletlərin qiyməti 20 qəpik olub. Uşaqlar valideynlərsiz sərgiyə buraxılmayıb. Biletlərdən əldə olunan vəsaitin bir hissəsi sərginin saxlanılmasına sərf edilib. Qalan vəsait Dövlət Müdaiə Fonduna köçürülüb.
Tarix təkrar olunur. Müharibələrdən sonra qaliblərin QƏLƏBƏ tədbirləri, o cümlədən hərbi qənimət sərgiləri məğlubların utanc yerinə çevrilir.
Bakıda açılan Hərbi Qənimətlər Parkı da bu tarixin davamıdır.
İlham Cəmiloğlu, Musavat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar