Xəbər lenti
13-05-2024, 20:31

Rusiyanın doqquz hərbi müxbiri və onların layihələri ölkənin Silahlı Qüvvələri barədə yalan məlumatlar yaydıqları üçün məsuliyyətə cəlb oluna bilər.

Məlumata görə, İqor Strelkov, Semyon Pegov (WarQonzo), Yuri Podolyaka, Vladlen Tatarski, Sergey Mardan, İqor Dimitriev, “GreyZone” və “Rybar” layihələrinin müəllifləri, eləcə də Kristina Potupçikin fəaliyyətləri hazırda hüquq-mühafizə orqanları tərəfindən yoxlanılır. Müstəndiqlər onların “Telegram” kanallarındakı məzmunu təhlil edir, oarada saxta, böhtan xarakterli və digər qadağan olunmuş məlumatlar axtarırlar.

Bildirilir ki, “Roskomnadzor”a yuxarıdakı müəlliflərin işinin yoxlanılması tələbi ilə bağlı göztərişi Baş Qərargah rəisi şəxsən imzalayıb. Baş Prokurorluqda isə iş federal təhlükəsizlik, terrorizm, ekstremizm və millətlərarası münasibətlər haqqında qanunun icrasına nəzarət idarəsinin rəisi tərəfindən aparılır.

Yoxlamanın nə qədər davam edəcəyi hələlik məlum deyil. Amma cinayət tərkibi aşkar edilərsə hərbi müxbirlər ya cərimə ilə yaxa qurtaracaqlar, ya da üç ilə qədər həbs cəzası alacaqlar.

Qeyd olunur ki, yoxlanışa səbəb onların Ukrayna müharibəsi barədə tənqidi fikirlər səsləndirmələridir.

Mənbə: Mash




Ana səhifəyə qayıt        Baxış: 3 188          Tarix: 14-10-2022, 21:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma