Xəbər lenti
Bu gün, 17:22
Bu gün, 16:18
Bu gün, 15:27
Bu gün, 14:51
Bu gün, 14:00
Bu gün, 12:13
Bu gün, 10:39
Bu gün, 09:48
Dünən, 22:54
Dünən, 20:21
Dünən, 18:09
Dünən, 17:21
Dünən, 13:41
Dünən, 12:35
Dünən, 11:21
20-12-2024, 23:24
20-12-2024, 22:14
“NATO-nun keçirməyə hazırlaşdığı “Dəniz yeli” (Sea Breeze) hərbi-dəniz təlimləri Ukraynaya alyans ölkələrindən silah tədarükü üçün örtük olacaq”.
Ovqat.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmisi general mayor İqor Konaşenkov bu bəyanatla çıxış edib.
Generalın iddiasına görə, Kiyev mütəmadi olaraq qərbdən hücum silahları istəsə də, NATO əksər hallarda onun arzusunu gözündə qoyub. Kremli narahat edən də elə budur: Alyans Ukraynaya silah-sursatın tədarükünü niyə gizli həyata keçirir? NATO öz tərəfdaşının döyüş imkanlarını hansı silahlarla gücləndirəcək?
Rus hərbi ekspertlərinin fikrincə, “Sea Breeze” hərbi-dəniz təlimləri pərdəsi altında NATO Ukraynaya müasir silahlar, eləcə də Donbassdakı milliyyətçi birləşmələrə maddi-texniki vasitələr ötürməyə hazırlaşır. General-mayor İqor Konaşenkov da fikirdədir, O, ötən günkü mətbuat açıqlamasında bildirmişdi ki, təlimlər hərbi dəniz manevri kimi düşünülsə də, onun məqsədləri "Qara dəniz akvatoriyasının Ukrayna sahəsindən çox kənara çıxır".
Generalin fikrincə, Rusiya Müdafiə Nazirliyi "təlimlərin hazırlanmasının və keçirilməsinin gedişini diqqətlə izləyəcək və lazım gələrsə, Rusiyanın hərbi təhlükəsizliyinin təmin edilməsi naminə adekvat addımlar atacaq".
Rus general mayoru İqor Konaşenkov
Xatırladaq ki, “Sea Breeze” beynəlxalq dəniz təlimləri NATO və Ukrayna tərəfindən Qara dənizdə qarşılıqlı əlaqələrin səviyyəsini artırmaq məqsədi daşıyır. Təlimlər iyunun 28-dən iyulun 10-dək Ukrayna, ABŞ, Kanada, Böyük Britaniya, Niderland, Rumıniya, Bolqarıstan, Yunanıstan, Türkiyə, Latviya və digər tərəfdaş ölkələrin iştirakı ilə keçiriləcək. Təlimlərdə 4 minə yaxın hərbi qulluqçu, 40 döyüş gəmisi, katerlər və köməkçi gəmi fəaliyyət göstərəcək. Ukrayna ərazisində təlimlər Odessa, Xerson və Nikolayev vilayətlərini əhatə edəcək.
Bu ilki təlimlərin ötən illərlə müqayisədə daha çox hərbi gəmini əhatə etməsi Rusiyanı xoflandıran əsas amillərdəndir. Məlum olduğu kimi, ötən il keçirilən “Sea Breeze” təlimlərinə 8 ölkənin cəmi 20 gəmi və təyyarəsi qatılmışdı.
NATO-nun Ukraynanı gizli silahlandırması iddiasının söykəndiyi digər bir arqument isə Avropa Birliyinin qanunvericiliyi və aparıcı Qərb dövlətlərinin Ukrayna üçün Rusiya ilə açıq qarşıdurmalara getməmək istəyi ilə bağlıdır. NATO-da müttəfiqliyi özlərinin müdafiə gözləntiləri ilə məhdudlaşdıran Almaniya və Fransa kimi dövlətlər hərbi alyansın əhatə dairəsini genişləndirməyə, xüsusilə də Rusiya kimi nəhəngin yuvasına çubuq uzatmağa həvəsli görünmürlər.
Bildirildiyinə görə, bir neçə gün əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Almaniyaya avtomatik tüfəng, audio və digər avadanlıqların təmin olunması xahişi ilə müraciət etmişdi. Almaniyanın xarici işlər naziri Hayko Maas isə Ukrayna prezidentinin müraciətlərini geri çevirmiş və Donbassdakı münaqişənin silah tədarükü yolu ilə həllini qeyri-real adlandırmışdı. Bundan əvvəl isə Ukrayna Almaniyadan istifadə etmədiyi gəmiləri istəmiş və bənzər cavab almışdı.
Mütəxəssislərin fikrincə, Berlinin bu “qıyımsızlığının” bir səbəbi Rusiya ilə münasibətlərini pisləşdirməsidirsə, digəri Avropa İttifaqının qanunvericiliyinin tələbindən irəli gəlir. Belə ki, Aİ-də qüvvədə olan “Silah İxracına Nəzarət üzrə Aİ-nın Ümumi Vəzifəsi” (AB Common Position on Arms Export Controls) sazişinə görə, ittifaq üzvləri regional münaqişələrin davam etdiyi ərazilərə silah göndərə bilməzlər. Görünür, Almaniyanın da Ukraynanı geri çevirməsinin bəhanəsi də həmin sazişdir. Yeri gəlmişkən, Rusiya ekspertləri həm də məlum sazişə görə, NATO ölkələrinin Ukraynaya açıq şəkildə silah verə bilmədiklərinə inanırlar.
Ekspertlərin fikrincə, Avropa İttifaqının qanunvericiliyində qadağan olunmasına baxmayaraq, birliyə daxil olmayan bir çox NATO üzvləri indiyədək Ukraynanı açıq şəkildə silahlandırıb. Amma bunlar yetərli silahlar deyillər. Məsələn, vaxtilə Varşava Müqaviləsi Təşkilatına üzv olan ölkələr anbarlarındakı köhnə sovet silah-sursatlarını Ukraynaya su qiymətinə satıblar. Bəzi müasir silahlar isə Avropa İttifaqına üzv olmayan NATO dövlətləri tərəfindən Kiyevə verilib. Belə ki, ABŞ Ukraynaya gecə görmə cihazları və pilotsuz uçuş aparatları göndəririb. Bundan başqa, ilk partiyası (37 ədəd) 2018-ci ilin yazında göndərilən “Javel” tank əleyhinə raket kompleksləri ilə də Ukrayna ordusu təchiz olunub. Bu ilin aprel ayında isə Türkiyə Kiyevə “Bayraqtar TB2” pilotsuz uçan aparatlarının ikinci partiyasını təhvil verməyi qərarlaşdırıb. Ankara ilə bu sövdələşmə 2019-cu ildə bağlanın və bir il sonra Kiyevə ilk “Bayraktar”lar göndərilib.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar