Xəbər lenti
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
“Ukrayna öz təqsiri ucbatından qazın tranzitinə görə 1,5 milyard dollar qazanır, halbuki o, 3-4-5 milyard dollar da qazana bilərdi”.
Ovqat.com xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edərkən belə deyib.
Putin Ukraynanın bu fürsəti öz əlləri ilə məhv etdiyini bildirərək deyib ki, Rusiya “hamını yedizdirməyə” borclu deyil: "Sizcə, biz hər kəsi qidalandırmalıyıqmi? Bizim belə bir vəzifəmizmi var”.
Rusiya lideri qeyd edib ki, tranzit müqaviləsinin müddəti başa çatdıqdan sonra belə, Ukraynanın qaz nəqli sistemini yenidən tam işlətmək imkanı var. Amma bunun üçün "Ukrayna tərəfdaşlıqda xoş məramlı olmalıdır".
“Müqaviləni ona görə uzatmamalıdır ki, sadəcə pul qazana və onu ordu saxlamağa sərf edə. Həmin ordu ilə Donbass probleminin güc yolu ilə həllinə çalışa. Ona görə qaz müqaviləsi imzalamalıdır ki, iqtisadiyyatı qaldıra və insanlarla işləyə", - Putin belə deyib.
Putinin sözlərinə görə, yaxın beş il ərzində Rusiya Ukrayna ərazisindən 40 milyard kubmetrə qədər qaz nəql edəcək, amma bu həcm 200 milyard kubmetr də ola bilərdi: “Normal münasibətlərimiz olsaydı, qaz ixracının əhəmiyyətli bir hissəsi Ukrayna vasitəsilə nəql olunardı. Amma Ukrayna ilə qaz nəqlində problemlər yaranır, həm də təkcə siyasi sahədə yox, iqtisadi sahədə də".
Putinin fikrincə, Ukrayna Rusiyadan daha çox qaz almaqla inhisarçı vəziyyətinə gəlmək və tranzit qiymətlərini “kəllə-çarxa qaldırmaq” niyyətindədir.
Qeyd edək ki, Ukrayna “Şimal axını-2” layihəsinin çəkilməsinə qarşı çıxaraq, bunun ölkə iqtisadiyyatına ciddi zərər vuracağını vurğulayır. Ötən ayın ilk günlərindən Rusiyanın Ukraynadan qaz nəqlini azaltması həqiqətən də ölkə iqtisadiyyatında ciddi problemlər yaratmışdı. Ukraynanın qaz operatoru şirkətinin rəhbəri Sergey Makoqon Exploration&Production Consulting konsaltinq şirkətinə müsahibəsində bildirmişdi ki, “Şimal axını-2” layihəsi işə düşərsə, Ukraynanın itkisi ildə 4-5 milyard dollara yüksələcək.
O, gözlənilən itkilərini belə izah etmişdi: “Rusiya Ukrayna üzərindən qaz tranzitinə son qoyacağı təqdirdə biz bəribaşdan 1,5 milyard dollar itirəcəyik. Belə olan halda Ukraynada qazın qiyməti bahalaşacaq, çünki onun AB-dən nəqli hər kubmetrdə təxminən 50 dollar baha başa gələcək. Bu da iqtisadiyyatımızın daha 2-3 milyard dollar itkisinə gətirib çıxaracaq”.
Ukrayna prezidenti isə bu yaxınlarda etdiyi çıxışlarından birində Rusiya qazının tranzitinin dayancağı təqdirdə, ölkənin öz Silahlı Qüvvələrini maliyyələşdirməkdə çətinlik çəkəcəyini bilirmişdi.
Belə görünür ki, Putin də çıxışında məhz bu məqamları ön plana çıxaraq, Ukraynanı müftə yemləmək fikrində olmadığını vurğulayıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar