Xəbər lenti

 
NATO ölkələri özlərinin ən müasir silahlarını, xüsusilə də son elektron müharibə alətlərini Donbassda sınaqdan çıxara bilərlər.
 
Ovqat.com xəbər verir ki, Ukraynanın Müdafiə naziri Andrey Taran Vilnüsdə keçirilən bir konfransda çıxışı zamanı bunu bildirib.
 
 
Taran NATO-nun bu şəkildə Rusiya silahlarına qarşı öz həqiqi bacarıqlarını sınaqdan çıxaracağını və eyni zamanda həm də "təcavüzkarla qarşı-qarşıya qalan Ukraynanın mübarizəsinə kömək edə biləcəyini" söyləyib.
 
Rusiya Donbassdakı müharibədən yeni silah növlərinin, elektron müharibə alətlərinin, rabitə sistemlərinin sınanması üçün təcrübə meydançası kimi istifadə edir... Biz də Rusiyanın elektron müharibəsinə qarşı mübarizədə öz qabiliyyətlərini sınamaq üçün NATO-ya təklif edirik: öz yeni silah sistemlərini bizə verin”, - deyə Ukraynalı naziri Alyansa səslənib.
 


Taran həmçinin bəyan edib ki, təxminən 2022-ci ildə Ukrayna həqiqi döyüş qabiliyyətlərinə sahib bir "Moskit (ağcaqanad) donanması" alacaq və bununla da özünün dənizdən istilasını dayandıra biləcək.
 
Nazirin sözlərinə görə, ABŞ və Böyük Britaniya Ukraynaya belə bir donanma yaratmasına ciddi kömək edirlər. O, etiraf edib ki, hazırda Ukrayna prinsipcə, dənizdən müdaxiləni dayandıra bilməz və "bu, xüsusilə ruslar üçün də sirr deyil".
 
“Amma Ukrayna yaxınlarda müasir raketlərlə, elektron silahlarla təchiz olunan “Moskit donanması" yaradacaq və bu, bizə Rusiya Dəniz Qüvvələri üçün müəyyən təhlükə meydana gətirməyə imkan verəcək", — deyə nazir bildirib.
 
Taran qeyd edib ki, "Moskit donanması" ilə də kifayətlənmək niyyətində deyillər və Ukrayna hakimiyyəti "daha böyük hərbi güclər" yaratmaq üzərində işləyir.
 
Bildirildiyinə görə, Ukraynanın “Moskit donanma” yaratmaq fikir yeni deyil. Hələ 2020-ci ilin iyun ayının 19-da Böyük Britaniya və Ukrayna rəsmiləri NATO standartlarına uyğun raket katerlərinin istehsalına dair razılığa gəlmişdilər. Tərəflər görüşdən sonra keçirdikləri brifinqdə “Azov - Qara dəniz” akvatoriyasında təhlükəsizlik balansını dəyişə biləcək "Moskit donanması” yaratmaq niyyətlərini bəyan etmişdilər. 
 
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 5 691          Tarix: 11-07-2021, 13:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma