Xəbər lenti
Dünən, 22:54
Dünən, 20:21
Dünən, 18:09
Dünən, 17:21
Dünən, 13:41
Dünən, 12:35
Dünən, 11:21
20-12-2024, 23:24
20-12-2024, 22:14
20-12-2024, 21:42
20-12-2024, 21:36
20-12-2024, 20:54
20-12-2024, 19:56
20-12-2024, 19:32
20-12-2024, 18:08
20-12-2024, 17:30
20-12-2024, 16:41
20-12-2024, 15:10
“Onlar hiylə qurdular, Allah da hiylə qurdu. Allah hiylə quranların ən yaxşısıdır” (3/54).
Rusiyanın İrandakı səfiri Levan Caqaryanın Böyük Britaniyanın Tehrana təyin olunmuş yeni səfiri Saymon Şerklifflə çəkdirdiyi foto diplomatik qalmaqala səbəb olub.
Ovqat.com-un məlumatına görə, Rusiya səfiri yeni həmkarı ilə öz diplomatik iqamətgahında görüşüb. Bundan sonra onlar 1943-cü ildə tarixi Tehran konfransının keçirildiyi pilləkəndə şəkil çəkdiriblər. Həmin şəkil isə Stalin, Çörçill və Ruzveltin məşhur fotosunu xatırladıb.
Rusiya səfirinin həmin şəkili öz Twitter hesabında paylaşması İranda ciddi ajiotaj yaradıb. Səfirin bu hərəkətinə ilk reaksiya İran parlamentinin sədri Məhəmməd Qalibafdan gəlib. O, Rusiya və Britaniya səfirlərini tənqid edərək bu fotonu “qəribə” adlandırıb və XİN-i bu məsələni araşdırmağa çağırıb. Son məlumata görə, İran XİN-i Qalibafın göstərişinə əməl edərək Caqaryanı nazirliyə çağırıb. Səfir mediayaya verdiyi açıqlamasında şəkili paylaşarkən hər hansı siyasi mesaj vermək istəmədiyini, sadəcə İngiltərə ilə Rusiyanın Hitler Almaniyasına qarşı birgə mübarizəsini xatırlatmaq üçün bu fotonu çəkdirdiyini iddia etsə də, Tehran onun “göz yaşlarına” inanmayıb. İranın xarici işlər naziri Zərif fotonu ciddi tənqid edərək deyib:
“Bu gün yersiz bir foto gördüm. 2021-ci ilin avqustu 1941-ci ilin avqustu və 1943-cü ilin dekabrı deyil. İran xalqı nüvə sazişi ilə bağlı danışıqlarda göstərdi ki, onun taleyi heç vaxt xarici ölkə səfirlərinin və dövlətlərinin qərarlarından asılı ola bilməz” - deyə Zərif Twitterdə yazıb.
Fotonun ana mesajı: Bircə Ruzveltin təmsilçisi əksikdir.
Sual oluna bilər: İran rəsmiləri Tehran konfransına eyham vuran bir fotonu niyə bu qədər şişirdirlər?
Əlbəttə ki, Tehranın Rusiya və İngiltərə səfirlərinin bu foto jestinə kəskin reaksiyası səbəbsiz deyil. 1943-ci ildə keçirilən Tehran konfransı təkcə Almaniyanın taleyində deyil, həmçinin İranın da tarixində ağrılı xatirələrlə yadda qalıb. İran faktiki olaraq 1979-cu il İslam inqilabına qədər 45 il boyunca Tehran konfransının bədəllərini ödəyib. İndiki rejim qurulandan sonra həmin konfransın gətirdiyi bəlalardan qurtulmaq şansı qazanıb. Qazanıbmı, bu da tam bəlli deyil. Zira İnqilabdan sonra isə mollaların istismarına məruz qalan xalq hazırda xarici işğalçıların dədəsinə rəhmət oxuyacaq vəziyyətə düşüb. Bu baxımdan 1979-cu il inqilabını belə, Tehran konfransının ən ağır nəticəsi saymaq olar.
Tehran konfransının səbəb və nəticələri
Bəlli olduğu kimi, II Dünya müharibəsi zamanı dövrün İran hökmdarı Rza şah Pəhləvi Hitlerə rəğbətini bildirən açıqlama vermiş və bu da dünya tərəfindən Tehranın faşist Almaniyasına qoşula biləcəyi narahatlığına yol açmışdı. Şahın bu çıxışından sonra Rusiya və İngiltərə orduları biri şimaldan, digər cənubdan İranı işğal etmişdilər. İşğal nəticəsində İran şahi Rza Pəhləvi hakimiyyətdən uzaqlaşdırılmış, əvvəl Mauritius adasına sürgün olunmuş, adanın iqlim şərtləri səbəbindən xəstələnincə, Şimali Afrikanın Cohannesburq şəhərinə gətirilmişdi. 3 ildən sonra bu şəhərdə ölən Rza şah Pəhləvinin nəşi vəfatından xeyli sonra İrana qaytarılmışdı.
1941-ci ildə taxtdan salınan Rza şahin yerinə oğlu Məhəmməd şah Pəhləvi gətirilmişdi. O isə uzun müddət atasının məzarını belə ölkəyə gətirə bilməyəcək qədər iradəsiz və kukla hökmdar kimi İrana “rəhbərlik” etmək məcburiyyətində qalmışdı. 1943-cü ildə SSRİ, Böyük Britaniya, ABŞ kimi ölkələrin anti-Hitler konfransını Tehrana salmasının səbəblərindən biri də bu ölkənin tamamilə xarici qüvvələrdən asılılığı idi. İranın Xarici İşlər naziri Zərifin Rusiya səfirinə biz “1943-cü ildəki kimi xarici qüvvələrdən asılı vəziyyətfə deyilik” deyə xatırlatması bu həqiqətdən qaynaqlanır.
Tehran konfransında SSRİ, Böyük Britaniya və ABŞ liderləri bir çox məsələləri ələ almışdılar. Faşist Almaniyasına qarşı ikinci cəbhənin açılması bu konfansdakı razılaşmalarla mümkün olmuşdu. Konfransa qədər Rusiya və ABŞ ikinci cəbhənin Avropanın şimalından, Böyük Britaniya isə təhlükəni özündən uzaqlaşdırmaq üçün Qara dənizdən açılmasını istəyirdi. Sonunda Çörçil öz planından vaz keçdi və ikinci cəbhə Fransanın şimalından açıldı, birgə mübarizə faşist Almaniyasının süqutuna qədər uzandı.
Təbii ki, Tehranı qədəbləndirən konfransın bu qərarı deyil. Tehran konfransında birbaşa İranla bağlı qərarlar da qəbul olunmuşdu. Konfrans sənədlərində müttəfiqlər İrana iqtisadi dəstək vəd etsələr də, bu ölkə II Dünya Müharibəsi zamanı döyüşən qüvvələrin əsas ərzaq təchizatçılarından birinə çevrilmişdi. Faktiki olaraq İran əhalisi o zamanlar boğazından kəsib SSRİ və İngiltərə ordularını qidalandırırdı. Müharibə bitəndən sonra isə İranın iki dövlət – SSRİ və İngiltərə arasında tamamilə bölüşdürülməsi başlamışdı. SSRİ İranın şimaliını ondan ayırmış və həmin ərazidə eynilə indi bir çox post-sovet ölkələrində etdiyi kimi iki dövlət dövlət yaratmışdı. Bunlardan biri Cənubi Azərbaycanda qurulan Azərbaycan Milli Hökuməti, digəri isə yenə bizim tarixi ərazilərimizdə formalaşdırılan Mahabad Respublikası idi.
Mahabad Respublikası Urmiyə vilayəti ərazisində qurulmuş və Türkiyə ilə Cənubi Azərbaycan arasında bufer zona yaradılmışdı. İngiltərə və ABŞ-ın basqıları ilə daha rus ordusu 1947-ci ildə bu coğrafiyalardan geri çəkilmiş və həmin Cənubi Azərbaycanda qurulan dövlətlər qanlı şəkildə məhv edilmişdi.
SSRİ-nin İranın şimalından çəkilməsindən sonra ölkə tamamilə ABŞ və Böyük Britaniyanın nəzarətinə keçmişdi. Hər iki imperialist dövlət Məhəmməd Pəhləvinin mütiliyi nəticəsində İranın təbii sərvətlərini zalımcasına istismar edir və onu Yaxın Şərqdəki öz jardarma postuna çevirmişdi. İran xalqının 1979-cu ilə qədər düzənlədiyi etirazlar aksiyaları, apardığı siyasi mübarizələr, ölkədə neft hasilatı ilə məşğul olan şirkətlərin milliləşdirilməsi istiqamətində atılan bir çox təşəbbüslər Məhəmməd şah Pəhləvi tərəfindən qanla yatırılır və bütün bu irticaçı fəaliyyətlərin hamısı ABŞ və İngiltərədən xeyir-dua alınaraq həyata keçirilirdi. 1951-ci ildə İranın Baş naziri təyin olunan Məhəmməd Müsəddiqin ölkədə neft hasilatı ilə məşğul olan neft şirkətlərini milliləşdirmə təşəbbüsünün qarşısının alınması bunun ən bariz örnəklərindəndir. Beləcə, İran xalqının Qərb imperializminə qarşı üsyankarlığı artır və ölkə İran İslam İnqilabına doğru sürüklənirdi. İslam inqilabı bu istismara son qoysa da, 1979-cu ildən etibarən üzləşdiyi sanksiya və cəlb olunduğu regional müharibələrlə günü-gündən zəifləyir, tarixinin ən acınacaqlı dövrünü yaşayır.
Belə bir vəziyyətdə Rusiya və İngiltərə səfirlərinin 1943-cü ildə Tehran konfransının keçirildiyi binanın pilləkənində Çörçill və Stalinlə eyni pozalı foto-şəkil çəkdirmələri, rusiyalı səfirin isə öz Tvitter səhifəsində həmin şəkili paylaşması haqlı olaraq Tehrana verilmiş mesaj kimi alqılanır. Sanki səfirlər bununla İranı yenidən öz aralarında bölüşdürə biləcəklərinə eyham vururlar.
Foto qalmaqalının ən maraqlı cəhəti ondan ibarətdir ki, Rusiyanın bu ölkədəki səfiri Levan Caqaryan erməni əsillidir və son illərdə Ermənistanı ən çox dəstələyən ölkələrin başında İran gəlir.
Bir ovuc olmalarına baxmayaraq, ermənilərin İran siyasi həyatında böyük dəyişiklərdə xüsusi rol oynadıqları sirr deyil. Heç uzağa getməyək, vaxtilə Qacar hakimiyyətinin devrilməsində Rza şah Pəhləviyə ən ciddi dəstəyi verən də elə o dövrün İran ordusunda yer alan erməni hərbçiləri idi. Və həmin ermənilər əsasən Rusiya və Böyük Britaniya tərəfindən himayə olunurdular. Dünən şəkil qalmaqalının adı keçən ölkələr də eynidirlər və İranı bölüşdürəcəklərinə dair konkret mesajı bir erməni tərəfindən Tehranın diqqətinə çatdırırlar. O Tehranın ki, Azərbaycanın ərazilərini işğal etmiş ermənilərə qanunsuz mallar - böyük ehtimalla silah-sursat göndərməkdən yorulmur, Xarici İşlər Nazirliyimizin bu barədə verdiyi notanı heçə saydığını müxtəlif vasitələrlə ifadə etməkdən çəkinmir. İndisə özü erməni xəyanətilə üzləşir. Bu yerdə “Qurani-Kərim”in “Ali İmran” surəsinin 54-cü ayəsi yada düşməyə bilmir: “Onlar hiylə qurdular, Allah da hiylə qurdu. Allah hiylə quranların ən yaxşısıdır”.
Hadisələrə Quranın bu ayəsindən nəzər salanda İranın bizə, Rusiya və Böyük Britaniyanın isə İrana qarşı qurduğu hiylələrdə erməni faktorundan istifadə olunması da adını İslam Respublikası qoyan ölkəyə göndərilmiş ən anlamlı ilahi mesaj kimidir. Təbii ki, anlayana...
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar