Xəbər lenti
Bu gün, 20:21
Bu gün, 18:09
Bu gün, 17:21
Bu gün, 13:41
Bu gün, 12:35
Bu gün, 11:21
Dünən, 23:24
Dünən, 22:14
Dünən, 21:42
Dünən, 19:32
Dünən, 17:30
Dünən, 16:41
ABŞ Prezidenti Co Bayden bir neçə gün bundan əvvəl verdiyi açıqlamada ölkəsinin son 20 il ərzində Əfqanıstandakı kukla hökuməti ayaqda tutmaq üçün 1 trilyon dollardan çox maliyyə ayırdığını bəyan etmişdi.
Onun sözlərindən belə anlaşılırdı ki, xalqın iradəsinin xilafına qurulan bu hökuməti ayaqda tutmağın mümkün olmadığı anlaşıldıqdan sonra Pentaqon, əsgərlərini geri çəkmək qərarına gəldi. Nəticədə “Taliban”, hakimiyyəti yenidən ələ keçirdi və 20 il müddətində onunla düşmən hala gətirilən xalqın əhəmiyyətli qismi ölkəni tərk etmək məcburiyyətində qaldı.
39 milyonluq əfqan xalqının ölkədən çıxmaq təlaşı bütün dünyanın gözü qarşında baş verir. Nəyin bahasına olursa-olsun öz yurd-yuvasını tərk etməyə çalışan əfqanlar hətta ABŞ təyyarələrinin qanadından, quyruğundan yapışıb ölüm yolçuluğuna çıxırlar. Müşahidələrə görə, hazırda ölkəsini tərk edənlərin sayı milyonlarladır. Bu sayın dəfələrlə artacağı da istisna deyil.
Bəs, Əfqanıstanı ölümün ayağına gətirən ABŞ yurd-yuvasını tərk edib didərgin düşənlərin taleyinə necə yanaşır?
Ovqat.com bildirir ki, Vaşinqton Əfqanıstan qaçqınlarına yardım üçün 500 milyon ABŞ dolları ayırmağı qərara alıb.
Ağ Evin mətbuat xidməti tərəfindən yayılmış yazılı açıqlamada qeyd olunur ki, Bayden hökumətinin bu vəsaiti əfqan qaçqınlarının, Əfqanıstanda yaranmış vəziyyət nəticəsində risklə üzləşənlərin, münaqişə qurbanlarının və başqa şəxslərin zəruri ehtiyaclarının təmin olunmasına yönəldiləcək.
ABŞ rəsmiləri həmçinin bildiriblər ki, Əfqanıstandan cəmi 22 min qaçqını qəbul etməyə hazırdırlar.
Bir sözlə, Əfqanıstanın altını üstünə çevirməyə 1 trilyon dollardan çox vəsait xərcləyən ABŞ öz yanlış siyasətinin nəticələrini aradan qaldırmaq üçün cəmi yarım milyard pul ayırıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar