Xəbər lenti
Dünən, 23:30
Dünən, 21:55
Dünən, 21:12
Dünən, 15:47
Dünən, 09:19
3-12-2025, 23:05
3-12-2025, 22:47
3-12-2025, 21:59
3-12-2025, 19:45
3-12-2025, 18:38
3-12-2025, 16:18

Rusiya ilə Ermənistan arasında Gorus-Qafan yolunun yaxınlığında yerləşən Nor Araçadzor kəndi ətrafında yeni sərhəd postunun qurulması məsələsi müzakirə olunur.
Ovqat.com xəbər verir ki, erməni mənbələri bu məlumatı yayıb.
Məlumata görə, postda rus-erməni sərhədçilərinin birgə dayanması gözlənilir.

Maraqlıdır ki, sonradan adı “Nor Araçadzor” olaraq dəyişdirilən, vaxtilə Pəyhan adlanan bu kənd əslində Qafan-Gorus magistralı üzərində yox, ondan xeyli aralıda, Qafan şəhərindən 31 km şimal-qərbdə – Naxçıvan MR-nın Ordubad rayonu ərazisinə yaxın bölgədə yerləşir. Kiçik Qafqazın ən yüksək nöqtəsi sayılan Qapıcıq zirvəsinin ətəklərində yerləşən kənddə düşmənin öz istehkamını möhkəmləndirməsi təsadüfi sayıla bilməz. Kənd Qafan-Gorus magistralının alternativi kimi görülən Tatev-Mehri yoluna daha yaxın mövqedədir. Belə görünür ki, ermənilər alternativ yollarına da Naxçıvandan hərbi müdaxilə gözləyirlər. Bu isə o zaman mümkündür ki, ermənilər növbəti təxribatlarını həmin bölgədə törətsinlər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Video
Ən çox oxunanlar




























