Xəbər lenti
Bu gün, 18:46
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
“Azərbaycan hələ də Rusiya “sülhməramlı”larının mandatını tanımayıb və tanımayacaq da”.
Ovqat.com xəbər verir ki, “Telegram”ın erməni seqmentinə aid “Old School man” bu iddianı irəli sürüb.
Səhifənin iddiasına görə, Azərbaycan və Türkiyə "erməni məsələsinə" son qoymaq üçün bu tarixi şansı əldən verməyəcək – həm iqtisadi, həm siyasi, həm də demoqrafik olaraq:
“...Ermənistanın əməkdaşlığa meyilli hökumətinə təzyiqlərdən sonra öz silahlı qüvvələrini bütün strateji yüksəkliklərdə yerləşdirdilər və əsas yollara nəzarət edirlər. Ermənistanın təhlükəsizliyinin yeganə qarantı olan Rusiyanın bölgədən ayrılmasına qədər gözləyəcəklər. Ondan sonra istədikləri kimi soyqırım törədəcəklər. Soyqırımdan əvvəl isə erməni müqavimətini minimuma endirmək üçün əhaliyə rüşvət verərək ucuz ərzaq və mallarla təmin edəcəklər”, - erməni “öncəgörənləri” belə yazıb.
Hələ də öz təfəkkürlərini Türk kabusundan xilas edə bilməyən erməni millətçiləri başa düşmək istəmirlər ki, Azərbaycan və Türkiyə böyük dövlətdir. 80 milyonluq Türkiyənin, ən azı 50 milyonluq Azərbaycanın formalaşdırmağa çalışdığı böyük Türk Birliyi kimi nəhəng ittifaqların bir ovuc xalqlarla uğraşmaq və ya onları yox etmək kimi planları olmur. Əksinə, bu cür başqasının himayəsinə möhtac olan və heç bir perspektiv vəd etməyən topluluqlar böyük dövlətlərə qonşularının üstünə qısqırtmaq üçün həmişə lazımdır. Necə ki, dünənə qədər Rusiya və İran ermənilərdən bizə qarşı istifadə edirdilər, Türk Birliyi yarananda eyni gücdən biz faydalanacağıq. Odur ki, ermənilər Türk gücünün böyüməsindən narahat olmasınlar. Əksinə, sevinsinlər ki, yeni himayədarları ortaya çıxır və sabahkı planlarını indidən hazırlasınlar.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar