Xəbər lenti
 
 
Tacikistan Əfqanıstandan gözlənilən kütləvi qaçqın axınını qəbul edə bilməyəcək.
 
Ovqat.com xəbər verir ki, Tacikistanın Daxili işlər naziri bunu bildirib. 
 
Onun sözlərinə görə, son 20 ildə heç bir beynəlxalq təşkilat respublikaya potensial qaçqınların qəbulu üçün infrastrukturun yaradılmasına kömək etməyib. Odur ki, Tacikistanın yüzminlərlə qaçqını qəbul etmək imkanları yoxdur.
 
Qeyd edək ki, Əfqanıstanın ən uzun ikinci sərhədi Tacikistanladır. 1300 km. civarında olan bu sərhədlər dəniz səviyyəsindən 7000 metri yüksəklikdə yerləşən sivri zərvələrdən təşəkkül tapıb. İqtisadi cəhətdən zəif olan və əsgərlərinin ümumi sayın 8 min 800 nəfəri ötməyən Tacikistan əslində bu sərhədləri qorumaq, qonşu dövlətdən gələn qanunsuz miqrasiyanın qarşısını almaq gücündə deyil. 
 
Əfqan qaçqınları əsasən Qərb ölkələrinə sığınmaq istəyirlər. Qərb ölkələri isə onları Orta Asiyada yerləşdirmək niyyətindədir. Tacikistan rəsmiləri də Qərbin 20 il ərzində Əfqanıstanda  apardığı səhv siyasətin bədəlini ödəmək istəmirlər və ölkənin iqtisadi poensialı da buna imkan vermir.
 


Ana səhifəyə qayıt        Baxış: 3 449          Tarix: 2-09-2021, 09:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma