Xəbər lenti

"Ermənilər 2020-ci ildə Qarabağ müharibəsindəki məğlubiyyətdən nəticə çıxarmalı və gələcəkdə dövləti gücləndirmək və inkişaf etdirmək üçün bütün potensialdan istifadə etməlidirlər".

"AzPolitika.info" erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistan Prezidenti Armen Sarkisyan cümə axşamı Romada erməni icmasının nümayəndələri ilə görüşündə söyləyib.

"Biz bu müharibədə itkilər verdik, amma xatırlamağa dəyər ki, 90-cı illərdə eyni düşmənlə vuruşmuşuq. O zaman biz qalib gəldik və çox güman ki, o zaman daha yaxşı hazırlaşmışdıq. Ancaq təəssüf ki, qələbəmiz sabit sülhə çevrilmədi", - deyə o vurğulayıb.

Armen Sarkisyan qeyd edib ki, Azərbaycan ötən il baş tutmuş müharibədə bütün resurslarından - neft, qaz, ordu və hətta Türkiyənin yardımından istifadə edib.

Ermənistan Prezidenti qorxaqlıqlarını, erməni əsgərlərinin fərariliyini gizlətmək üçün əlavə edib ki, həmin müharibədə məsələni silah və texnika həll edirdi və bu məsələlərdə erməni tərəfi geri qalırdı: "Məsul şəxslər müharibəni və Ermənistanın məğlubiyyətini təhlil etməlidirlər. Əlbəttə ki, biz nəyin səhv olduğu barədə danışmalıyıq".



Ana səhifəyə qayıt        Baxış: 3 238          Tarix: 8-10-2021, 14:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma