Xəbər lenti

 
İran Prezidenti İbrahim Rəisinin Ərdəbil səfəri başa çatmamış bu şəhərdə yaşayan mədəni fəal Müjgan Siyami həbs olunub.
 
Ovqat.com-un məlumatına görə, Müjgan xanımın yeganə suçu müxtəlif zamanlarda mədrəsələrdə türk dilində dərslərin keçirilməsini və qadın hüquqlarını tələb etməsidir.
 
Xatırladaq ki, İbrahim Rəisi bu gün Prezident İlham Əliyevə təbrik mesajı göndərmişdi. Mesajın mürəkkəbi qurumamış Ərdəbildə mədəni fəallardan birinin həbs olunmasını İranın otaylı-butaylı Azərbaycan xalqına əba altından zopa göstərməsi kimi də qiymətləndirmək olar. Belə görünür ki, “şir quyruqlu” təhdidləri ilə Azərbaycanla İran arasında son ixtilafları salan ayətullah Amili kimi regional mollabaşılar dövlətlərimiz arasındakı münasibətlərin normallaşmasında maraqlı deyillər. Bəlkə də ona görə ki, dini libas altında əls simasını gizlədən bu insanların çörəyi böhran siyasətindən çıxır. 
 
Qeyd edək ki, Müjgan Siyaminin həbs olunduğu Ərdəbildə dini liderin nümayəndəsi Seyid Həsən Amili, vali isə onun qardaşı oğlu Seyid Hamid Amilidir. Amili tayfasının ümidinə qalan Ərdəbil nədənsə anti-Azərbaycan siyasətinin mərkəzinə çevrilib. 
 
Ümidvarıq ki, İran və Azərbaycan rəsmiləri sağlam ağıla istinad edərək iki qardaş ölkənin arasına nifaq toxumu səpən qüvvələrin məkrli niyyətini ortaya çıxarıb təxribatçı əngəlləri aradan qaldıracaqlar.


Ana səhifəyə qayıt        Baxış: 6 045          Tarix: 23-10-2021, 11:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma