Xəbər lenti
Bu gün, 20:17
Bu gün, 19:12
Bu gün, 17:22
Bu gün, 16:18
Bu gün, 15:27
Bu gün, 14:51
Bu gün, 14:00
Bu gün, 12:13
Bu gün, 10:39
Bu gün, 09:48
Dünən, 22:54
Dünən, 20:21
Dünən, 18:09
Dünən, 17:21
Dünən, 13:41
Dünən, 12:35
Dünən, 11:21
10 noyabr 2021-ci il tarixində YUNESKO-nun Baş Konfransında iştirak məqsədi ilə Parisə səfəri çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ-dan Endryu Şafer, Fransadan Bris Rökföy və Rusiyadan İqor Xovayev ilə, habelə həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşlər keçirib.
Ovqat.com XİN-nin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, görüşlərdə, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edib.
Tərəflər arasındakı müzakirələrdə bölgədə yaranmış yeni reallıqları nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın münaqişə sonrası vəziyyətlə bağlı mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.
Fransa Xarici İşlər Nazirliyinin məlumatına görə isə, bu ikitərəfli danışıqların sonunda Le Drian ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında Nyu-Yorkda başlayan müzakirələrin davam etdirilməsi məqsədilə Ermənistan və Azərbaycan nazirlərinin birgə iclasını keçirib.
Görüş zamanı Jan-İv Le Drian Fransanın region xalqlarının rifahı naminə Cənubi Qafqaz regionunda davamlı sülhün bərqərar olmasına töhfə verməyə qadir olan tərəflər arasında dialoqun gücləndirilməsinə töhfə vermək istəyini bir daha təsdiqləyib. O, Parisin bu məqsədə çatmaq üçün ATƏT-in Minsk Qrupunda fəal iştirakını davam etdirmək əzmində olduğunu vurğulayıb və hər iki tərəflə siyasi səviyyədə təmasları davam etdirməyə hazır olduğunu bir daha təsdiq edib.
ATƏT-in Minsk Qrupunun Qarabağ məsələsinin müzakirəsi üçün yaradıldığını və Parisdəki son görüşdə Minsk Qrupunun bundan sonrakı fəaliyyətinin müzakirə edildiyini nəzərə alsaq, belə çıxır ki, danışıqlarda Qarabağ mövzusu da gündəmə gəlib. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Qarabağ məsələsi artıq öz həllini tapıb və Minks Qrupu isə əhəmiyyətini itiribsə, Azərbaycan Xarici İşlər nazirinin Parisdə niyə bu məsələnin müzakirəsinə razı olduğu bir sıra suallara yol açır. Əvvəla, biz niyə öz ərazi bütövlüyümüzə aid olan məsələni düşmən dövlətlə müzakirə etməliyik? İkincisi, niyə bu müzakirələr ermənilərdən daha çox ermənipərəst olan Fransanın vasitəçiliyi ilə aparılır. Üçüncüsü, işğaldan azad olunmuş ərazilərin statusu rəsmi Bakının iradəsi ilə Şərqi Zəngilan və Qarabağ inzibati rayonlarına bölünərək öz həllini tapıb. Elədirsə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında Nyu-Yorkda başlayan müzakirələrin son hədəfi nədən ibarətdir? Üstəlik, Fransa XİN-nin məlumatına görə, Nyu-Yorkdakı müzakirələr təzəlikcə yox, sentyabrın 23-də başlayıb.
Ümid edirik ki, Azərbaycan XİN bu kimi suallara aydınlıq gətirəcək.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar