Xəbər lenti


Miliyyətcə azərbaycanlı din xadimi olan 72 yaşlı Məhəmməd Bəkir əl-İrəvani İraq şiələrinin yeni lideri ola bilər. 

Ovqat.com Mepanews.com nəşrinə istinadən xəbər verir ki, İraqın Nəcəf şəhərində dini lider Məhəmməd Səid al-Hakimin dünyasını dəyişməsi, həmçinin şiələrin hazırki lideri Əli Sistaninin 91 yaşında olması isə dini hərəkata kimin rəhbərlik edəcəyi məsələsini müzakirə mövzusuna çevirib və İrəvani bu vəzifəyə ən mümkün namizəd hesab olunur.

Əl-İrəvaninin ailəsi Nəcəfdə çox məşhur və nüfuzlu ailə hesab olunur. Azərbaycanlı ailə İrəvan şəhərinin 1820-ci ildə rusların əlinə keçməsindən sonra Nəcəf şəhərinə köçüb.

Məhəmməd Bəkir əl-İrəvani Azərbaycan dilini və Türkiyə türkcəsini bilir və Nəcəfdə vaxtaşırı bu dillərdə mərsiyələr oxuyur.




Ana səhifəyə qayıt        Baxış: 5 036          Tarix: 3-12-2021, 12:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma