Xəbər lenti
Dünən, 19:12
Dünən, 17:22
Dünən, 16:18
Dünən, 14:51
Dünən, 14:00
Dünən, 10:39
Dünən, 09:48
21-12-2024, 23:25
21-12-2024, 22:54
21-12-2024, 21:47
21-12-2024, 20:21
21-12-2024, 20:00
21-12-2024, 18:09
21-12-2024, 17:21
21-12-2024, 17:00
21-12-2024, 14:22
21-12-2024, 13:41
21-12-2024, 12:35
Noyabrın 26-da Soçi şəhərində Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin keçirdiyi üçtərəfli görüşün daha bir sirrinin üstü açılıb.
JAMAZ.İNFO xəbər verir ki, həmin görüşdə bir sıra məsələlərdə şifahi razılaşmalar olub.
Onlardan biri Qarabağda separatçıların əski parçaları və Ermənistan bayraqlarının yığışdırılmasından ibarətdir. Dünən isə məlum olub ki, şifahi razılaşmalardan biri də sərhədlərin delmitasiya və demarklasiyası ilə bağlı olub. Belə ki, Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyana 6 ay vaxt verib. Məlumata görə, Paşinyan delmitasiya və demarkasiya məsələsində vaxt qazanmaq, prosesi xeyli uzatmaq niyyətində olub. Lakin Putin məsələni anladığından qəti danışıb. Və tələb edib ki, il sonuna qədər Azərbaycan və Ermənistan prosesi həyata keçirmək məqsədi ilə komissiya yaratmalıdırlar. Ardından isə Ermənistana 6 ay vaxt verilib ki, sərhədlərin müəyyən edilməsi prosesini yekunlaşdırsın. Əks təqdirdə, sərhəddə olanlara cavabdehlik daşımayacağını bəyan edib.
Bundan başqa, Putinin digər tələbi də ondan ibarət olub ki, Ermənistan tərəfi delmitasiya və demarkasiya ilə bağlı yekun razılaşmaya dair sazişi imzalamalı və onu parlamentdə ratifikasiya etməlidir.
Maraqlıdır ki, dünən Ermənistan parlamentində hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatları, habelə hökumət üzvlərinin keçirdikləri yığıncaqda da bu məsələ qaldırılıb. Erməni mediası iddia edir ki, həmin görüşdə Nikol Paşinyan elə qışqırırmış ki, səsi binanın bütün dəhlizlərində eşidilirmiş. Səbəb isə bəzi deputat və hökumət üzvlərinin belə bir sənədi ratifikasiya etməyin təhlükəli olmasını demələriymiş.
Qeyd edək ki, Soçi görüşündə Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiya və delmitasiya prosesinə başlamaq üçün birgə bəyanat imzalayıblar. Həmin razılaşmaya əsasən komissiya yaradılmalıdır. Komissiyalara isə hər iki tərəfdən müdafiə nazirləri başçılıq edəcəklər.
Bəs, Putin sazişdən əlavə, ratifikasiya məsələsini niyə gündəmə gətirib? Bu barədə danışan ekspertlər qeyd edirlər ki, buna səbəb Nikol Paşinyana olan etimadsızlıqdır. Belə ki, onun bir neçə dəfə görüşləri pozmaq cəhdi, vaxt udmaq üçün müəyyən gedişlər etməsi, habelə verilən sözlərin bir çoxunu yerinə yetirməməsi Rusiya tərəfində ona qarşı etimadsızlıq yaradıb. Digər tərəfdən isə sənədin parlamentdə ratifikasiya ediməsi baş nazir tərəfindən imzalanmış sənəddən daha etibarlıdır. Həm də gələcəkdə yeni hökumətlər də buna etiraz edə bilməyəcəklər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar