Xəbər lenti

 
“Azərbaycanın Qarsdakı konsulu Nuri Quliyev Qars sakinləri arasında siyasi düşüncə ayrıseçkiliyi edərək, vətəndaşların bir bölümünün Azərbaycan sevgisinə kölgə salmağa çalışır”. 
 
Ovqat.com
xəbər verir ki, İYİ və CHP partiyalarının Qars vilayət təşkilatlarının bu gün keçirdikləri ortaq mətbuat konfransında bu fikirlər səsləndirilib.
 
İYİ Partiyanın İl Başkanlığının yetkilisi Yüksel Akbabanın facebook səhifəsində paylaşdığı bəyanatda Azərbaycan Prezidentindən xahiş olunur ki, Nuri Quliyevə öz fəaliyyətində ayrıseçkiliyə yol verməməsi barədə xəbərdarlıq edilsin. 


 
Qeyd edək ki, Türkiyənin parlament partiyalarını qəzəbləndirən Nuri Quliyevin onları konsulluq tərəfindən keçirilən heç bir tədbirə çağırmamasıdır. Sonuncu dəfə dünən "20 Yanvar" hadisəsi ilə əlaqədar keçirilən tədbirə yenə AKP-dən başqa digər partiyalar dəvət olunmayıb, bu da İYİ və CHP təmsilçilərinin etirazına səbəb olub. Görünür, Qarsdakı konsulluğumuzun ağlı Azərbaycana getdiyindən İYİ və CHP-ni rəsmi tədbirlərə çağırmağın düşər-düşməzi olduğuna inanır.
 
Karsdakı konsulumuz Nuri Quliyev Vasif Talıbov iməcliklərini Türkiyəyə daşıyan diplomat kimliyi ilə ün qazanıb.




Ana səhifəyə qayıt        Baxış: 6 586          Tarix: 21-01-2022, 21:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma