Xəbər lenti

 
Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko deyib ki, ölkəsi “müharibədən qaçmaq” üçün NATO-ya üzv olmaq istəyindən əl çəkə bilər.
 
Ovqat.com-un məlumatına görə, səfir BBC radiosunda iştirak etdiyi proqramda mövzu ilə əlaqədar açıqlama verərkən belə deyib.
 
BBC jurnalisti səfirdən Kiyevin NATO-ya qoşulmaq fikrindən vaz keçməyi düşünüb-düşünmədiyini soruşub. Səfir cavabında deyib: "Biz çevik siyasət yürüdürük, problemləri həll etmək üçün ən yaxşı yolu tapmağa çalışırıq. Ciddi güzəştlərə getməli olsaq, bunu edə bilərik".
 
Xatırladaq ki, ABŞ prezidenti Co Bayden Avropa liderləri ilə görüşündə Rusiyanın fevralın 16-da Ukraynaya “hücum edəcəyini” bildirib. Bundan sonra bir çox ölkələr Ukraynadakı diplomatik nümayəndələrini ölkədən çıxarmağa başlayıblar. 
 


Ana səhifəyə qayıt        Baxış: 6 781          Tarix: 14-02-2022, 12:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma