Xəbər lenti
Bu gün, 09:57
Dünən, 23:30
Dünən, 20:17
Dünən, 16:49
Dünən, 15:30
Dünən, 14:18
Dünən, 13:53
Dünən, 11:19
Dünən, 10:14
Dünən, 09:24
28-11-2024, 22:53
28-11-2024, 21:42
28-11-2024, 20:38
28-11-2024, 18:24
28-11-2024, 17:12
Biz Rusiyanın Ukraynaya tamamilə əsassız və qeyri qanuni olan dəhşətli hücumunu ən kəskin şəkildə pisləyirik. Fikrimiz bütün həlak olanların və yaralananların, Ukrayna xalqının yanındadır. Biz də Belarusu bu hücuma imkan verdiyinə görə qınayırıq.
Ovqat.com xəbər verir ki, NATO-nun bu gün yaydığı Rusiyanın Ukraynaya hücumu ilə bağlı bəyanatında belə deyilir.
Bəyanatda daha sonra bildirilir.
Bu yenidən hücum beynəlxalq hüququn, o cümlədən BMT Nizamnaməsini ciddi şəkildə pozur və Rusiyanın Helsinki Yekun Aktı, Paris Xartiyası, Budapeşt Memorandumu və NATO-Rusiya Təsis Aktındakı öhdəliklərinə tamamilə ziddir. Bu, müstəqil dinc ölkəyə qarşı təcavüz aktıdır.
Biz Ukrayna xalqının və onun qanuni, demokratik yolla seçilmiş prezidentinin, parlamentinin və hökumətinin yanındayıq. Biz həmişə Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri, o cümlədən ərazi suları daxilində ərazi bütövlüyü və suverenliyinə tam dəstəyimizi davam etdirəcəyik.
Biz Rusiyanı hərbi əməliyyatlarını dərhal dayandırmağa və bütün qüvvələrini Ukrayna və onun ətrafından çıxarmağa, beynəlxalq humanitar hüquqa tam hörmət etməyə, ehtiyacı olan bütün insanlara təhlükəsiz və maneəsiz humanitar çıxış və yardım imkanını verməyə çağırırıq.
Biz Rusiyanın Ukraynanın şərqindəki separatçı bölgələrin tanınmasını genişləndirmək qərarını qətiyyətlə pisləyirik. Bu, Ukraynanın suverenliyini və ərazi bütövlüyünü bir daha pozur və Rusiyanın da imzaladığı Minsk razılaşmalarına ziddir. Müttəfiqlər bu qeyri-qanuni tanınma qərarını heç vaxt qəbul etməyəcəklər.
Biz ən sərt şəkildə Rusiyanı seçdiyi zorakılıq və təcavüz yolundan dönməyə çağırırıq. Rusiya liderləri öz hərəkətlərinin nəticələrinə görə tam məsuliyyət daşımalıdırlar. Rusiya öz təcavüzkar hərəkətinin çox ağır iqtisadi və siyasi bədəlini ödəyəcək. NATO öz fəaliyyətini müvafiq maraqlı tərəflər və Aİ də daxil olmaqla digər beynəlxalq təşkilatlarla yaxından əlaqələndirməyə davam edəcək.
Bütün bu böhran ərzində NATO, müttəfiqlər və tərəfdaşlarımız Rusiya ilə, dialoqu, o cümlədən ən yüksək diplomatik danışıqları aparmaq üçün hər cür səy göstərmiş və Avro-Atlantika regionunda bütün xalqların təhlükəsizliyini gücləndirmək üçün çoxlu əsaslı təkliflər irəli sürmüşlər. Biz dəfələrlə Rusiyanı NATO-Rusiya Şurasında danışıqlara dəvət etmişik. Rusiya hələ də qarşılıq verməyib. Eskalasiyanı seçən yalnız və yalnız Rusiyadır.
Rusiyanın hərəkətləri Avro-Atlantik təhlükəsizliyə ciddi təhlükə yaradır və onların geostrateji nəticələri olacaq. NATO bütün müttəfiqlərin təhlükəsizliyini və müdafiəsini təmin etmək üçün bütün lazımi tədbirləri görməyə davam edəcək. Biz Alyansın şərq hissəsinə əlavə müdafiə quru və hava qüvvələri, eləcə də əlavə dəniz aktivləri yerləşdiririk. Biz bütün gözlənilməz hallara cavab vermək üçün qüvvələrimizin hazırlığını artırmışıq.
Bu gün biz Vaşinqton müqaviləsinin 4-cü maddəsinə əsasən məsləhətləşmələr apardıq. Biz bütün Müttəfiqləri qorumaq üçün müdafiə planımıza uyğun olaraq Alyans daxilində çəkindirmə və müdafiəni daha da gücləndirmək üçün əlavə addımlar atmağa qərar verdik. Tədbirlərimiz qabaqlayıcı, mütənasib və qeyri-eskalativ xarakter daşıyır və belə də qalacaq.
Vaşinqton müqaviləsinin 5-ci maddəsi ilə öhdəmizə düşən missiyamıza sadiqik. Biz bir-birimizi müdafiə etmək üçün birləşmişik.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar