Xəbər lenti


Rusiya Ukraynaya qarşı ən dağıdığıcı bombalarından sayılan FAB-500-lərdən istifadə edir.

Ovqat.com
-un məlumatına görə, Ukraynaya aid sosial media kanallarında bu iddia irəli sürülür.

Xarkova atılan, amma xoşbəxtlikdən partlamayan bir FAB-500 bombasının fotosunu təqdim edən ukraynalı sosial media istifadəçilərinin fikrincə, bu tip bombalardan biri çoxmərtəbəli binanı tamamilə darmadağın edə bilər. 

Bəs FAB-500 adlanan bomba hansı özəlliklərə malikdir?

Hərbi ekspertlərin fikrincə, sovet istehsalı olan FAB-500 bombaları 500 kiloqramlıq «yük» daşıma qabiliyyətindədir. Ümumi təyinatlı, yüksək partlayışlı döyüş başlığına malik havadan atılan bombadır. Əsasən Rusiya Hərbi Hava Qüvvələri, keçmiş Sovet respublikaları və müştəri ölkələri tərəfindən istifadə olunur. Orijinal M-54 modeli 1954-cü ildə istehsal edilib, ağır bombardmançı təyyarələr tərəfindən daxili daşınma üçün formalaşdırılıb. 1962-ci ildə bu bombaların  aşağı sürükləmə qabiliyyətinə malik M-62 versiyası ixtira olunub. Bu tip bombalar uzaqdan idarə olunmur, tək burunlu qoruyucuya malikdir və Sovet təyyarələrinin əksər modelləri ilə uyğun gəlir.

FAB-500-lər 1980-ci illərdə Əfqanıstanda  istifadə edilmişdi. Hazırda Suriya üzərində həm Rusiya Silahlı Qüvvələri, həm də Əsəd ordusunun döyüş təyyarələri tərəfindən yerdəki hədəflərə atılır və güclü partlayışlar törədir.




Ana səhifəyə qayıt        Baxış: 4 852          Tarix: 4-03-2022, 22:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma