Xəbər lenti
Dünən, 22:55
Dünən, 18:48
Dünən, 17:30
Dünən, 16:00
Dünən, 09:27
22-12-2024, 23:31
22-12-2024, 22:51
22-12-2024, 20:17
22-12-2024, 19:12
22-12-2024, 18:32
22-12-2024, 17:22
22-12-2024, 16:18
22-12-2024, 15:27
22-12-2024, 14:51
22-12-2024, 14:00
"Postmüharibə çağırışları kifayət qədər maraqla müşahidə olunur. Belə ki, Azərbaycan tərəfi 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanatından sonra müharibənin başa çatdığını elan edib. Daha sonra regionda davamlı sülhün təmin olunması üçün sülh çağırışı ilə beynəlxalq hüquqa əsaslanan 5 şərtini Ermənistan tərəfinə göndərib".
Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfi isə vaxtı uzatmaq üçün müxtəlif tədbirlərdə həmin şərtlərlə razı olduğunu bəyan edir və Azərbaycanın sülh təklifini ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə göndərməklə onlardan da bu çağırışa münasibət bidlirməyi xahiş edir:
"Ancaq Ermənistan burada bir məsələdə uduzur, çünki ATƏT-in Minsk qrupu fəaliyyətini başa çatdırıb. Çünki ən azından onların 30 il ərzində bütün məsələlərə daha aydın və obyektiv münasibət bəsləmək imkanları var idi".
Deputat xatırladıb ki, bu gün Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutacaq:
"Bu görüş çərçivəsində də Ermənistan de-fakto sülhə razı olduğunu bəyan edib. Ancaq onların sülh şərtlərinə uyğun olaraq sülh sazişi imzalaması inandırıcı görünmür. Ona görə də hazırda Ermənistanın daxilində müxtəlif qüvvələr çalışırlar ki, bu prosesə təsir göstərsinlər. Biz belə halları dəfələrlə müşahidə etmişik. Dəfələrlə Azərbaycan və Ermənistan liderləri bir masa arxasında oturub məsələləri birbaşa olaraq müzakirə etmək istəyən zaman bu kimi təxribatlara yol açılır. Düşünürəm ki, dünən də Ermənistanda təşkil olunan aksiya bütün Ermənistan əhalisinin istəyini ifadə etmir. Sadə Ermənistan vətəndaşları sülh istəyirlər. Ancaq bu gün mövcud hakimiyyət və Ermənistanın havadarları bu prosesə də mənfi təsir göstərməklə müxtəlif çağırışlar və aksiyalar təşkil edirlər. Hesab edirəm ki, bu da Ermənistanın sülh prosesinə tam hazır olmadığını şərtləndirir".
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar