Xəbər lenti

 
Ukrayna əsgərləri qondarma “Donbass Respublikası” “paytaxtı” Donetskdən 28 km. aralıda yerləşən Maryinka qəsəbəsini işğaldan azad ediblər.  28 km-lik məsafə ABŞ-ın Ukraynaya verdiyi 155 mm-lik Howitzer toplarının mənzilinə yaxınlaşmaq deməkdir.  
 
Qeyd edək ki, Howitzer toplarının mənzili 24 km-dir və Ukrayna hərbçiləri daha 4-5 km. irəliləsələr, rahatlıqla Donetskin mərkəzini nişan ala biləcəklər.
 


Qəsəbənin digər strateji əhəmiyyəti Donetsk ilə hazırda ən ağır döyüşlərin getdiyi və Azov polkunun mühasirədə olduğu Mariupol şəhəri arasında yerləşməsidir. Maryinkanı işğaldan xilas edən ukraynalılar Donbassdan Mariupola gedən avtomobil yollarını nəzarət altına ala və rus işğalçılarının logistik imkanlarını məhdudlaşdıra bilərlər. 
 
Maryinka ilə Mariupol arasındakı məsafə 103 km-dir.




 
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 573          Tarix: 20-04-2022, 10:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma