Xəbər lenti
Bu gün, 20:40
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
Ukrayna Prezident Aparatının müşaviri Aleksey Arestoviç Azov dənizi sahillərində yerləşən Mariupol şəhərini itirdiklərini və hazırda onu xilas etməyin mümkün olmadığını bildirib.
Ovqat.com-un məlumatına görə, Arestoviç Ukrayna Silahlı Qüvvələrinin Mariupola ən yaxın hərbi hissələrinin şəhərdən xeyli aralıda - Volnovaxanın şimalında yerləşdiyini və bu iki şəhər arasında hava hücumlarına açıq ərazilərin uzandığını vurğulayaraq deyib:
“Ukrayna Silahlı Qüvvələrinin ən yaxın bölmələri Volnovaxanın şimalında şiddətlə döyüşür. Onlara üstün düşmən qüvvələri hücum edir və Mariupolun blokadadan çıxarılmasından söhbət gedə bilməz”.
Sözçü qeyd edib ki, Ukrayna ordusunun digər bölmələri Mariupoldan 100-120-150 km aralıda yerləşir, onlar da müdafiə xəttini qoruyurlar və üstün düşmən qüvvələrini yarıb keçə bilmirlər. Bu maneəni dəf etsələr belə, “çılpaq çöldə 120 kilometr” gedə bilməzlər, əks təqdirdə onlar Krım aerodromlardakı Rusiya təyyarələrinin davamlı hücumlarına məruz qalmış olarlar.
"Dünyada heç bir ordu, hətta Amerika ordusu da bizim gücümüzlə bu maneəni keçə bilməz”, - Ukrayna PA-nın müşaviri bu qənaətdədir. O vurğulayıb ki, ərazidə həm də rusların yerdə və səmada “çox güclü hava hücumundan müdafiə sistemi” var:
“Mariupola hərbi yardım və ya blokada ilə bağlı bütün tələblər ya hərbi nüansları bilmədikləri üçün hərbi vəziyyəti başa düşməyən, ya da durumu düzgün qiymətləndirməyib sırf spekulyasiya ilə məşğul olan insanlar tərəfindən irəli sürülür”.
Qeyd edək ki, Mariupol şəhəri uzun müddət mühasirədə qaldıqdan sonra dünən rus ordusunun əlinə keçib. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, şəhəri qoruyan Azov könüllü briqadası əllərindəki texnikaları Mariupolun ana küçələrini bağlayacaq şəkildə buraxaraq, döyüş mövqelərini tərk ediblər. Bundan bir neçə gün əvvəl Mariupol müdafiəçiləri ərzaq, su və silahlarının getdikcə tükəndiyini bildirərək Kiyevdən yardım istəmiş, əks halda daha 7 gün dözə biləcəkləri mesajını vermişdilər. Görünür, Arestoviçin bu ümidsiz cavabından sonra onlar şəhəri tərk etmək məcburiyyətində qalıblar.
Mariupol günlərdir rus ordusu tərəfindən ağır bombardman altında qalmışdı.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar