Xəbər lenti

“Yanğınla bağlı problem böyük ölçüdə həll olunmuş vəziyyətdədir. Gün ərzində gözəl xəbəri verəcəyik. Qətərdən 3 helikopter, Azərbaycandan bir təyyarə gəldi”.

“Report” xəbər verir ki, bu fikirləri Türkiyənin kənd təsərrüfatı və meşə naziri Vahit Kirişçi yanğın olan ərazidə bildirib.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu yanğının ailədaxili münaqişədən qaynaqlandığını qeyd edərək 1988-ci il təvəllüdlü, Marmarisdə qeydiyyatda olan S.A. adlı şəxsi suçunu etiraf etdiyini bildirib.

Onun sözlərinə görə, ailə arasında ticarətlə bağlı yaranan mübahisə sonradan ciddi mübahisəyə səbəb olub.

Nazir vurğulayıb ki, şübhəli Marmaris rayon Jandarm Komandanlığında ilkin istitaqın ardından yerli dövlət hospitalına yerləşdirilib, oradan da Marmaris Ədliyyəsinə aparılıb.



Ana səhifəyə qayıt        Baxış: 3 084          Tarix: 24-06-2022, 12:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma