Xəbər lenti


İtaliya prezidenti Sercio Mattarella ölkə hökumətinin başçısı Mario Draqinin istefasını qəbul etməyib.

Xatırladaq ki, baş nazir istefa niyyətini bu gün hökumətin iclasında açıqlayıb. O, dövlət başçısına müvafiq ərizəni təqdim edəcəyini bildirib.

İtaliyanın Baş naziri Mario Draqi tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.

********

“Report” xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Draqi Nazirlər Şurasının iclasında müvafiq bəyanatı İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya çatdıracaq.

“Mən bildirmək istəyirəm ki, bu axşam istefamı respublika prezidentinə təhvil verəcəyəm”, - məlumatda deyilir.




Ana səhifəyə qayıt        Baxış: 2 867          Tarix: 14-07-2022, 21:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma