Ukrayna Silahlı Qüvvələri dünən gün ərzində Rusiyanın 4 sursat anbarını və 2 hərbi bazasını məhv edib.
Ovqat.com-un məlumatına görə, Odessa vilayət hərbi administrasiyasının rəhbəri Sergey Bratçuk bu barədə öz Telegram səhifəsində bildirib.
O, cümə axşamından cümə gününə keçən gecə paylaşdığı statusunda yazıb: "Gün ərzində rusların 4 silah anbarı və 2 hərbi bazası demilitarizə edilib".
Hərbi yetkilinin iddiasına görə, “silahdan arındırılan” hərbi hədəflər Ukraynanın Amvrosievka (Donetsk vilayəti), Berislavski rayonu və Blaqodatnıy (Xerson vilayəti) kimi ərazilərilə yanaşı Rusiya Federasiyasının Belqorod vilayətində yerləşirmiş.
Bratçuk onu da vurğulayıb ki, məhv edilən hərbi hədəflərdən Kerç və Belbek (Krım MR), həmçinin Starı Oskoldakı (Rusiya Federasiyasının Belqorod vilayəti) partlayışların miqyası dəqiqləşdirilir.
Ovqat.com
Paylaş: