Xəbər lenti

Səhər saatlarında Ukraynanın Kiyev şəhərində partlayışlar baş verib.

Paytaxt meri Vitali Kliçkonun sözlərinə görə, partlayış paytaxtın mərkəzindəki Şevçenko rayonunda baş verib.

“Bütün xidmətlər hadisə yerinə yollanır. Hava hücumu davam edir. Sığınacaqlarda qalın!” - deyə Kliçko insanları ehtiyatlı olmağa çağırılıb.

Daha sonra Kliçko növbəti partlayış barədə məlumat verib.

Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak paytaxta kamikadze dronlarla hücum edildiyini bildirib.

Mənbə: UNİAN




Ana səhifəyə qayıt        Baxış: 2 869          Tarix: 17-10-2022, 09:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma