Xəbər lenti

İran İsfahanda baş verən terrora görə başqa tərəfləri günahlandırsa da, ortaya çıxan faktlar başqa şey deyir.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, İranın BMT-dəki nümayəndəsi Əmir Səid İrvani terrorla bağlı aşağıdakıları qeyd edib: “İlkin araşdırmalar göstərir ki, İsfahandakı terror aktına görə sionist rejim məsuliyyət daşıyır”.

“Tasnim News”un məlumatına görə, bir neçə gün əvvəl Müdafiə Nazirliyinin İsfahandakı emalatxana kompleksinə, İsfahan obyektlərini hədəfə almaq üçün istifadə edilən PUA hissələrinin üzərində aparılmış ekspertizaya əsasən, PUA-nın hissələri, partlayıcılarla birlikdə İranın Kürdüstan bölgəsində yerləşən “kürd antiinqilabçı qrupları” tərəfindən İraqdan İrana gətirilib. Bununla da, “Tasnim” bu əməliyyatın ölkə daxilindən icra edildiyini təsdiqləyib.




Ana səhifəyə qayıt        Baxış: 3 212          Tarix: 3-02-2023, 17:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma