Xəbər lenti


Türkiyənin nüfuzlu “Türkiye” qəzeti işğaldan azad edilən və Rusiya sülhməramlılarının nəzarəti altında olan Qarabağ bölgəsinə İranın terrorçu qruplaşma üzvlərini yerləşdirmək planı barədə sensasion məqalə ilə çıxış edib. 

 

Ovqat.com-un məlumatına görə, qəzet yazır ki, İran administrasiyası Qarabağı Suriyaya çevirmək planları üzərində işləyir. 

 

Bildirilir ki, Tehranın gündəliyinə İran İnqilabı Keşikçiləri və şiə silahlılarından ibarət 4 min nəfərlik qüvvənin 2023-cü ilin mayına qədər Qarabağa köçürülməsi daxildir. Bu məqsədlə Qüds Qüvvələrinin komandanı İsmail Kani fevral ayında İraq və Suriyaya səfər edib. İran generalı qaynar cəbhələrdə olan “Asaeb Əhlil Haq”, “Hərəkat ən-Nüceba” və “Hizbullah” kimi şiə qruplaşma komandirlərinə 4 min nəfərlik xüsusi qüvvə yaratmaq üçün yaraqlı hazırlamağı tapşırıb.

 




Ana səhifəyə qayıt        Baxış: 6 805          Tarix: 9-03-2023, 17:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma