Xəbər lenti

Ermənistanın ikinci və üçüncü prezidentlərinin işlərinin araşdırılmasında iştirak edən prokurorlar eyni vaxtda tutduqları vəzifələrdən istefa ərizələri yazıblar.

Ermənistan mətbuatının məlumatına görə, Robert Koçaryanın işi ilə məşğul olan baş prokurorun müavini Gevorq Baqdasaryan və prokuror Petros Petrosyan, həmçinin Serj Sarqsyanın işinə nəzarət edən prokuror Arsen Martirosyan istefa veriblər.

Səbəblər barədə məlumat verilmir və heç bir rəsmi təsdiq yoxdur.

Baş Prokurorluq hələ ki, məlumatı şərh etməyib.

Oxu.az




Ana səhifəyə qayıt        Baxış: 3 289          Tarix: 6-06-2023, 15:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma