Xəbər lenti

Ermənistan prezidenti Vaaqn Xaçaturyan respublikanın xarici təhlükəsizlik sisteminin diversifikasiyasının zəruriliyini bəyan edib.

Dubayda Birləşmiş Ərəb Əmirliklərinin erməni icmasının nümayəndələri ilə görüşdə Xaçaturyan bildirib ki, Ermənistanın təhlükəsizlik nöqteyi-nəzərindən problemləri var:

“Çünki ölkənin uzun illərdir içində olduğu təhlükəsizlik sistemi işləmir. Nəticədə ciddi problemlərlə üzləşirik”.

Prezident qeyd edib ki, Ermənistan öz təhlükəsizliyini diversifikasiya etməlidir, bir mərkəzdən asılı olmamalıdır.

O, həmçinin bildirib ki, qonşu dövlətlərlə mehriban qonşuluq münasibətlərinin alternativi yoxdur.

Mənbə: interfax.ru




Ana səhifəyə qayıt        Baxış: 3 102          Tarix: 30-11-2023, 23:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma