“Nikol Paşinyanın gələn il növbədənkənar parlament seçkilərinə hazırlaşdığını göstərən əlamətlərdən biri də siyasi sahədə aparılan təmizləmələrdir. “Vətəndaş sazişi”indəki “demokratlar” addım-addım yerli hakimiyyət orqanlarını nəzarətə götürür, müxalifətdəki siyasi qüvvələrin nümayəndələri arasından arzuolunmaz liderləri sıradan çıxarır”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu cümlələr yerli analitik Ruben Marqaryanın yazısında yer alıb.
2021-ci ilin dekabrında Ermənistanın üçüncü ən böyük şəhəri olan Vanadzor merliyi uğrunda seçkilərdə qalib gələn Mamikon Aslanyan ikinci ildir ki, həbsdə qalmaqda davam edir. Hakimiyyət müxtəlif vədlərlə bir neçə bələdiyyə şurası üzvünü öz tərəfinə çəkərək Daşnaksütyun nümayəndəsi Artsruni İgityanı Axuryan icmasının rəhbəri vəzifəsindən uzaqlaşdırıb. Nəhayət, bu yaxınlarda Alaverdi icmasının rəhbəri, “Həyat üçün ölkə” partiyasının nümayəndəsi Arkadi Tamazyanın da vəzifəsinə son verilib. Bu partiyanın faktiki lideri isə hazırda Bakı həbsxanasında cəzasını çəkən Ruben Vardanyandır.
Paşinyanın komandasının arzuolunmaz icma liderləri ilə bu cür davranışı mümkün erkən seçkilərdə daha çox inzibati resurslara arxalanmasına işarədir. Çünki son sorğular Paşinyanın reytinqinin davamlı olaraq aşağı düşdüyünü göstərir, bunu İrəvanda keçirilən mer seçkiləri sübut edir, hakim partiyanın namizədi səs verməyə gələnlərin 1/3-dən azını toplayıb.
Üstəlik, Paşinyan təkcə öz komandasının qələbəsinə deyil, həm də parlament müxalifətinin dəyişməsinə nail olmaq istəyir. Paşinyanın komandasının Qərb kuratorlarının növbəti tələbi istər Aram Sarkisyanın “Respublika”, “Milli Demokratik Qütb” və Edmon Marukyanın “Parlaq Ermənistan” partiyalarının keçməsidir”,-deyə Marqaryan yazıb.
Paylaş: