Xəbər lenti
Dünən, 19:25

“Bu toplantı bugünkü Ermənistanı, onun problemlərini, imkanlarını və istəklərini təqdim etmək üçün yaxşı fürsətdir".

Modern.az "Armenpress"ə istinadən xəbər verir ki, bunu Brüsseldə Şərq Tərəfdaşlığı üzrə XİN başçıları toplantısından əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

"Bu, Aİ ilə münasibətlərin dərinləşməsinə dair baxışımızı təqdim etmək, Ermənistanla Aİ arasında artıq görülən işlər, eləcə də görüləcək işlər barədə danışmaq üçün yaxşı fürsətdir. Həm də demokratik islahatlarımıza, Cənubi Qafqazda sülhə və Azərbaycanla münasibətlərimizin normallaşdırılması prosesinə verdiyi dəstəyə görə Aİ-yə minnətdarlığımızı bildirmək üçün yaxşı fürsətdir”, - Mirzoyan deyib.

Məlumata görə, Aİ Xarici İşlər Nazirləri Şurasının iclası Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə qeyri-rəsmi fikir mübadiləsi ilə başlayacaq. İclasın gündəliyinə Rusiyanın Ukraynaya təcavüzü, İsrail və regiondakı vəziyyət və digər məsələlər daxildir.

Axşam nazir Mirzoyan Aİ Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirləri səviyyəsində keçiriləcək görüşdə iştirak edəcək. Nazirlər Şərq Tərəfdaşlığı məsələlərini, Mərkəzi Asiya və Qərbi Balkanlar kimi regionlarla əməkdaşlığı genişləndirmək vasitələri və yollarını, həmçinin Qara dənizi müzakirə edəcəklər.




Ana səhifəyə qayıt        Baxış: 3 853          Tarix: 11-12-2023, 13:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma